18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
UKRAYNADA BİZNESMENLƏR QƏTLƏ YETİRİLİR
Ukraynaya qorxulu 90-cı illər qayıdır. "EMTV.az" xəbər verir ki, Ukraynada biznesmenlərə və iş adamlarına silahlı basqınlar tez-tez gündəlik reallığa çevrilir.
Belə ki, ötən həftənin şənbə günü Zaporojets vilayətində 20 ildən çox Ukraynada yaşayan Qafqazdan olan biznesmen öldürülüb. Onun BMW X-5 markalı avtomobili Zaporojetsə gedən meşə ərazisində RQD-5 qumbarası ilə partladılıb.
“Biznesmenin evinə qayıtdığı ehtimal edilir. Partlayış zamanı iş adamı həlak olub”, - Zaporojets Milli Polisinin mətbuat xidmətindən bildirilib. Bu qətlin həmin şəxsin kommersiya fəaliyyəti ilə bağlı olduğu istisna olunmur.
Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü Artyom Şevçenko qeyd edib ki, son zamanlar qumbara ilə hücumlar artıb.
Ukraynada bu cür hadisə birinci dəfə törədilmir. Məsələn, iki həftə əvvəl paytaxtda Xalqlar Dostluğu bulvarında naməlum şəxslər 45 yaşlı biznesmen – Kiyevdəki idman klubunun həmtəsisçisini güllələyiblər. Şahidlərin sözlərinə görə, qatıl qurbanına tərəf qaçaraq ona səsboğucu silahdan 7 dəfə atəş açıb. O, hadisə yerindəcə keçinib.
Həqiqətən, son illər Ukraynada kriminal vəziyyət hiss olunacaq dərəcədə ağırlaşıb. Ukrayna Baş Polis İdarəsinin məlumatına görə, əgər 2013-cü ildə ölkədə 13 min ağır cinayət qeydə alınmışdısa, 2015-ci ildə bu göstərici 21,5 min olub.
Ukrayna Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Baş İdarəsinin kriminal kəşfiyyat şöbəsinin keçmiş rəhbəri Valeri Kur ölkədə kriminal situasiyanın belə təhlükəli həddə çatmasının səbəbini açıqlayıb.
“Birincisi, bu güc strukturlarının, ilk növbədə Daxili İşlər Nazirliyinin zəif istintaqının nəticəsidir. Bu zəiflik cinayətkarlığın artmasına zəmin yaradır. Döyüş şəraitindən keçmiş insanlarda çoxlu silah var, gənclərin çoxunun pulu yoxdur”, - o, deyib.
Bundan əlavə, onun fikrincə, Ukraynaya keçmiş SSRİ ərazisindən çoxlu cinayətkar gəlib: “Məsələn, Gürcüstandakı sərt qanunlar səbəbindən cinayətkarlar küncə sıxışdırılıblar, onlar harasa getməlidirlər. Onlar Ukraynaya gəliblər, bizdə isə bütün güc strukturları zəifdir”.
Daha sonra modern.az bildirir ki, bəzi ekspertlər isə hesab edirlər ki, gizli silah qaçaqmalçılığı da kriminal vəziyyətin gərginləşməsinə şərait yaradır. Məsələn, Ukraynadakı qara silah bazarı Avropada ən böyüklərdən biridir. Ekspertlər bu səbəbdən xəbərdarlıq edirlər: “Əgər yaxın müddətdə hakimiyyət və güc strukturları tədbir görməzlərsə, Ukraynada daha böyük qanlı hadisələrin şahidi olmaq qaçılmazdır”.