SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Lənkəranskini o dünyaya mən göndərdim” deyən “qanuni oğru” haqda şok detal - Rusiya İstintaq Komitəsi açıqladı...

28-04-2017, 11:38 | Oxunub: 10 803 |

“Lənkəranskini o dünyaya mən göndərdim” deyən “qanuni oğru” haqda şok detal - Rusiya İstintaq Komitəsi açıqladı...
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı “qanuni oğru” Rəşad İsmayılov (“Rəşad Gəncinski”) barədə sensasion məlumat açıqlayıb. Məlumatda bildirilir ki, R.İsmayılov Moskvada öldürülən biznesmen Canbulat Şamiloğlunun qətlinin sifarişçisi olduğu təsdiqlənib.

İşin sensasion tərəfi budur ki, R.İsmayılov ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) öldürülməsini üstənərək Canbulatın intiqamı kimi izah etmişdi.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, “Rəşad Gəncinski” qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyib. “Rəşad Gənsinski” bildirib ki, “Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

İndi isə məlum olur ki, həmin qətlin sifarişçisi “Rəşad Gəncinski”nin özü olub. Rusiya mətbuatı yazır ki, azərbaycanlı “qanuni oğru” qətli hazırda həbsdə olan “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Sonra araşdırma nəticəsində killerin telefonundan “Rəşad Gəncinski” ilə zəngləşməsi və yazışmaları tapılıb. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Hazırda Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və “Rəşad Gəncinski” beynəlxalq axtarışa verilib. Qətlin motivinə gəlincə, bildirilir ki, “göyərti kralı” kimi tanınan Canbulat “oğru ödənəyinə”(“obşak”) pul verməkdən imtina edibmiş.
Rusiya İstintaq Komitəsinin bu məlumat daha bir sensasion faktı üzə çıxarır. Çünki indiyədək Cambulat Şamiloğlunun güllələnməsi mərhum

“Rövşən Lənkəranski”nin adına yazılırdı. İddia olunurdu ki, bu qətli Canıyevin qruplaşmasından olan iki killer həyata keçirib. Habelə deyilirdi ki, Cambulatın öldürülməsi əmrini onunla münaqişədə olan “Lənkəranski” şəxsən verib.

Canbulat Şamiloğlu 16 mart 2016-cı ildə Moskvada, "Slavyan bulvarı" ünvanında yerləşən evinin qabağında qətlə yetirilib. O, Rusiya paytaxtına gətirilən topdansatış göy-göyərti biznesinə sahib idi.

“Rəşad Gəncinski”yə gəlincə, o, 1978-ci ilin 16 martında Gəncədə anadan olub. “Qanuni oğru” adını 2013-cü ildə alıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR