17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqeyi ilə seçilir
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Nazir E. Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında müstəsna rolu barəsində danışaraq, Azərbaycan prezidenti İlham Əliyevin İordaniyaya, İordaniya kralı II Abdullahın Azərbaycana səfərlərinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi və genişlənməsi üçün yeni imkanlar üzə çıxardığını bildirib. Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəliləməsinə təkan verəcəyini bildirən E. Məmmədyarov bu xüsusda, ticarət, iqtisadiyyat və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi dəyərləndirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi barədə qonaqları məlumatlandıran nazir münaqişənin həlli üçün, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilməli olduğunu diqqətə çatdırıb. E. Məmmədyarov həmçinin münaqişə ilə bağlı İordaniyanın tutduğu ədalətli mövqenin yüksək qiymətləndirildiyini qeyd edib.
Nazir E. Məmmədyarov dövlətlərarası, eləcə də xalqlararası təmasların gücləndirilməsində parlament diplomatiyasının rolunun gündən-günə artdığını bildirib. O, 2013-cü ildə İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbulunun mühüm əhəmiyyətə malik olduğunu deyib.
Atef Yusif Saleh əl-Taravneh isə İordaniya və Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu və əlaqələrin irəliləməsi baxımından qarşılıqlı səfərlərin rolunu qeyd edib, turizm, sərmayələrin qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu əlavə edib. O, Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqeyi ilə seçildiyini deyərək, Azərbaycan hökumətinin İslamın əsl dəyərlərinin dünyada təbliği və təşviqi istiqamətində gördüyü işlərin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Emtv.az