17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Elmar Məmmədyarov Litvanın baş naziri ilə görüşüb
Litvaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin baş naziri Saulis Skvernyalis ilə görüşüb
Azərbaycan XİN-dən report-a verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İqtisadi-ticarət əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanan görüşdə Hökumətlərarası birgə Komissiyanın fəaliyyətinə nəzər salınıb və bu ilin ikinci yarısında komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. Hökumətlərarası komissiyanın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olunub.
Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verdi, bu layihələrin iqtisadi və vaxt baxımından üstünlüklərindən danışıb. Baltik, Qara və Xəzər dənizi hövlərinin əlaqələndirilməsinə dair Litvanın təşəbbüsü kontekstində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin vəd etdiyi imkanlar qeyd olunub.
Nazir, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunub və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxili ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb.
Emtv.az