17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Elmar Məmmədyarov: "Prezident İlham Əliyevin Brüsselə səfəri Azərbayacn-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaradıb"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devini qəbul edib.
Azərbaycan XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri barəsində müzakirələr aparılıb. Xüsusilə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərini xatırladaraq, səfər əsnasında keçirilmiş görüşlərin və səsləndirilən bəyanatların Azərbayacn-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaratdığını deyib.
L.Devin Bakıda saziş layihəsi üzrə aparılan danışıqların məhsuldar keçməsindən məmnunluğunu ifadə edib. Danışıqların tezliklə yekunlaşdırılması üçün görüşlər və video konfranslar vasitəsilə təmasların davam etdiriləcəyi bildirilib. O həmçinin Avropa İttifaqı və Azərbaycan arasında ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.
Emtv.az