18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Siyavuş Novruzov - "Bir vaxtlar kolbasalara “halal kolbasa” adı qoymuşdular, indi də otellərə keçiblər”
“Halal otel nədir? Bu, hansı terminologiyaya uyğundur? Deməli, qalanları haramdır, bu, halaldır? Yaxud haramdırsa, orda nələr baş verir? Bir vaxtlar kolbasalara “halal kolbasa” adı qoymuşdular, indi də otellərə keçiblər”.
Deputat Siyavuş Novruzov bu fikirləri “Turizm haqqında” qanunun müzakirəsi zamanı söylədi.
O, qeyd etdi ki, dünyada otellərə hansı tələb qoyulursa, bizdə də qoyulmalıdır. “Ancaq mənzillərin otellərə çevrilməsinə ciddi şəkildə nəzarət olmalıdır” -deyən S.Novruzov təhlükəsizlik məsələsinə də ciddi diqqət yetirilməsini zəruri saydı.
Birinci vitse-spiker Ziyafət Əsgərov isə dedi ki, bu məsələ ilə bağlı ciddi narahatlığa ehtiyac yoxdur. Çünki ölkəyə gələn turistlər Azərbaycan sərhədlərində ciddi şəkildə yoxlanılır: “Sözsüz ki, ayıq-sayıqlıq yaxşı haldır. Biz bunu həmişə nəzərə alırıq, bundan sonra da nəzərə alacağıq”.
Emtv.az