18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Siyavuş Novruzov: "Saxta profil açıb istədiyi fikri yazır"
“İnformasiya təhlükəsizliyi vacib məsələdir və bununla bağlı qanun layihəsini bir qədər də sərtləşdirməliyik”.
Emtv.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bu gün Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, dünyada intiharın sayına görə birinci yerdə olan Avropa ölkələri var. Azərbaycanda intiharların sayının bundan qat-qat az olmasına baxmayaraq, informasiya şişirdilir: “Sovet vaxtı intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub, bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də buna təhrik edirlər. Televiziyalarımızın hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları mənfi istiqamətlərə yönəldir”.
S. Novruzov qeyd edib ki, sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir: “Ölkəmizdə internet tam azaddır. İstənilən adam istədiyini təhqir edir və başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikir yazır. Burada internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır. Ya da şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Xaricdə hər hansı bir portal yaradıb, Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar, oradan xəbərləri götürüb verənlər olur. Sonra o şəxs bu yalan xəbərləri pozur. Görürsən ki, onlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyət təsir edir”.