18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Siyavuş Novruzov: "Banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur"
"Azərbaycan prezidentinin təşəbbüsü ilə hazırlanan “Strateji yol xəritəsi”nin mərhələli şəkildə həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı, abadlıq quruculuq işlərini və digərlərini nəzərə alsaq, ötən il hökumətin gərgin dövrdə yüksək fəaliyyət göstərdiyini deyə bilərik. Hesab edirəm ki, bu fəaliyyət gələcək də davam edəcək. Bəzən müəyyən məsələləri başqa-başqa ölkələrlə müqayisə edirlər. İstər nefti olan, istər olmayan ölkələrə nəzər salsaq, orada da qiymət artımının olduğunu, eləcə də valyuta dəyişməsindəki fərqləri görərik. Çin, Rusiya, Türkiyədə də belə hallar var”.
Emtv.az-ın apa-ya istinadən məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
S. Novruzov bununla belə, ölkədə süni qiymət artımına da etiraz edib: “Qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır”.
O təklif edib ki, kommersiya banklarının yerli sahibkarlığın inkişafı ilə bağlı kreditləri yüksək faizlə verməsinin qarşısı alınsın: “Belə olmasa, kredit alan hansısa sahibkar heç bir bizneslə məşğul ola bilməz. Banklar dollarla depoziti vətəndaşdan 3 faizə götürürsə, digər vətəndaşa 24 faizə verir. Belə olan halda, bir vətəndaşdan 21 faiz gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytarmaq məqsədilə götürmür.
Məlumdur ki, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizlə kredit verilir. Banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur, onları hüquq-mühafizə orqanları qarşısında asılı vəziyyətə salır. Bu məsələlər ölçülüb-biçilməli, dünya praktikasından istifadə olunmalıdır.
Kimin ağlına nə faiz gəlirsə, onu tətbiq etməsi düzgün deyil. Biz ilk növbədə prezidentin qeyd etdiyi kimi, vətəndaşlarımızı qorumalı, onların hüquqlarını müdafiə etməliyik”.
Emtv.az/L.Xubyarzadə