18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Bələdiyyə sədrlərinin məsuliyyətsizliyi ucbatından DSMF-yə borcları yaranıb və bank hesablarına veto qoyulub”
Yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir. Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından səmərəli istifadə etmək üçün təkcə dövlət idarəçilik organlarının mövcud olması kifayət deyil. İdarəçilik yükünün azaldılması və dövlət idarəetməsində ən faydalı yollardan biri idarə olunan obyektlərin bəzilərinə özünü idarəetmə imkanlarının verilməsidir.
Azərbaycanda bələdiyyə sistemi ötən əsrin 90-cı illərinin sonlarında yaransa da, təəssüf ki, ötən müddət ərzində tam formalaşmasında problemlər meydana çıxıb. Ona görə də, Azərbaycanda idarəçilik əsasən, dövlət sturkturlarının əlində cəmləşib.
Ötən müddət ərzində yerli özünüidarəetmə oranlarının icra strukturlarının tam gücü ilə işləyə bilməməsi, vergi yığımlarında problemlərin yaşanması maliyyə çətinlikləri yaradır. Məlumdur ki, Azərbaycanda 1600-dən çox şəhər, rayon, qəsəbə və kənd bələdiyyəsi fəaliyyət göstərir, təəssüf ki, onların böyük əksəriyyəti demək olar ki, fəaliyyətsiz formadadır. Təbii ki, burada söhbət kənd və qəsəbəbələdiyyələrindən söhbət gedir. Ölkə üzrə bütün bələdiyyələri izlədikdə iri şəhər bələdiyyələrində daha aktiv və nisbətən çevik strukturlara rast gəlmək mümkündür. Kənd bələdiyyələri isə sədr, müavin və üzvlərdən ibarət kiçik bir qurum olaraq formal xarakter almağa başlayıb. Kiçik bələdiyyətlərdə ən yaxşı halda 2-3 komissiya fəaliyət göstərir. Ötən araşdırmalardan məlum olur ki, 3 komissiyası olan bələdiyyədəcəmi 2 qulluqçu çalışır. Çalışan qulluqçuların sayınin komissiyaların sayından az olması onu göstərir ki, mövcud olan icra strukturları beləformal xarakter daşıyır. Şəhər bələdiyyələrində 4-5 şöbənin fəaliyyətindən söhbət gedirsə, kiçik yerli özünüidarəetmə orqanlarında yalnız sədr və köməkçidən danışa bilərik. Təbii ki, icra strukturu zəif təşkil olunan, kadr problemi yaşayan orqandan hansıda çevik qərarların gözlənilməsi sadəlövhlük olardı
Kiçik bələdiyyələrin icra sturkturu niyə belə zəif təşkil olunub? Onların fəaliyyətinin genişlənməsində hansı problemlər mane olur?
Kənd Bələdiyyələri Assosasiyasının sədri Əli Mehdiyevlə kənd bələdiyyələrinin qarşısında duran problemləri araşdırmağa çalışdıq. Təəsssüf ki, Mehdiyev suallarımıza cavab verməkdən, problemlərini danışmaqdan boyun qaçırdı.
Binə və Türkan bələdiyyəsindən isə bunu maliyyə çatışmazlığı ilə əlaqələndirərək suallarımıza qısa cavab verdilər.
Bələdiyyə sahəsi üzrə ekspert Vüqar Tofiqli mətbuata kiçik bələdiyyələrin maliyyə problemlərinin bir neçə səbəbini açıqladı.
V.Tofiqli deyir ki, əvvəla kənd bələdiyyələrinin maliyyə durumu ürəkaçan vəziyyətdə deyil: “2016 cı ildə ölkə bələdiyyələrinin büdcə gəlirlərinin həcmi 31 milyon manata bərabər olub. Bu vəsaitin 80 faizini rayon və qəsəbə bələdiyyələri əldə edib. Rayon və qəsəbə bələdiyylərində artıq icra aparatıformalaşıb, norma fəaliyyətdədirlər. Hazırda bələdiyə qulluğunda coxsaylı insanlar çalışır. Amma kənd bələdiyyələrində bu sözü demək mümkün deyil. Ona gorə ki, maliyyə vəziyyəti bunda imkan vermir.”.
V.Tofliqli digər nədən kimi bələdiyyələrin borcunu göstərdi: “İkinicisi, əvvəlki illərdə secilmiş bələdiyyə sədrlərinin məsuliyyətsizliyi ucbatından Dövlət Sosial Müdafiə Fonduna borcları yaranıb və nəticədə bank hesablarına veto qoyulub. Gələn gəlirlər borcun silinməsinəgedir”.
Ekspert düşünür ki, bu istiqmətdə vəziyyətin düzəlməsi və bələdiyyələrimizin müəyyən standartlara cavab verməsi ücün konkret olaraq xüsusi proqramın hazırlanmasına ehtiyac vardır: “ Bu proqramda bütün məqamlar öz əksini tapmalı və inkişaf strategiyasi qurulmalıdır. Həm bələdiyyə sədrlərinin məsulliyyət hissi artırılmalı, həm qanunlardakı boşluqlar aradan qalxmalı, həm kadrların səviyyəsi artırılmalı, həm də maliyyə istiqamətləri müəyyənləşməlidir”.
Emtv.az