17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazirin gedişi Mehdi Səlimzadəni qorxuya salıb
Nəqliyyat Nazirliyinin ləğvi və nazir Ziya Məmmədovun vəzifəsindən uzaqlaşdırılması onun kurasiyasında olan icra başçılarını təşvişə salıb
Yerli mətbuata daxil olan məlumatda iddia olunur ki, Göyçayın icra hakimi Mehdi Səlimzadə həyəcan içərisindədir.
Xəbərdə deyilir ki, M.Səlimzadənin vəzifəsindən kənarlaşdırılması təhlükəsi var. Nazirin gedişi onun postunu laxladıb. Z.Məmmədovun “krişalığı” əldən çıxıb və icra başçısı dayaqlarını itirib.
Onun bu vəzifəyə təyinatı yeni olsa da, gedişinin də tez olacağı gözlənilir. Bu prosesin eks-nazirə yaxın başqa icra başçılarını da əhatə edəcəyi bildirilir. Söhbət Göyçay, Ucar, Zərdab, Quba, Goranboy rayonlarının icra hakimlərindən gedir.
Prezident son müşavirədə icra başçılarına ciddi şəkildə xəbərdarlıq etdi. Məmurları soyğunçuluq etməməyə, özbaşınalığa yol verməməyə çağırdı.
Onların cəzasının veriləcəyini bəyan etdi. Ölkə başçısının bu mesajları rayon icra hakimiyyətlərində vəlvələ yaradıb. Xüsusilə də Göyçayın başçısını qorxudub.
Bir müddət əvvəl mənbə qeyd etmişdi ki, nazirin himayəsində olan Göyçay icra başçısı Mehdi Səlimzadə, Ucar rayon rəhbəri Mənsur Məmmədov, Goranboy icra başçısı Nizaməddin Quliyev və Quba icra hakimi Yaşar Məmmədov işində həssas olmalıdır. Çünki onlarla bərabər nazir üçün imtahan dövrü başlanıb. Deyilənlər təsdiqini tapdı.
Daxil olan məlumatda daha sonra iddia olunur ki, Ziya Məmmədovun ağzı bir neçə dəfə yanıb.
Onun Quba olayında Rauf Həbibov ucbatından töhmət alması, Mübariz Ağayevin MTN hadisəsində ifşa edilməsi, xalası oğlu Mənsur Məmmədovun Göyçayı talaması başağrısına çevrilmişdi. Bundan sonra icra başçıları özlərini qorumalıdır.
Mehdi Səlimzadə 1955-ci ildə anadan olub. Ali tibb və hüquqşünas təhsili var. 2003 - cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomuyla bitirib.
1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert kimi çalışıb. Bələdiyyə sisteminin inkişafına həsr olunan onlarca elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.
2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004- cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib.
Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri kimi Azərbaycan bələdiyyə sistemini mütəmadi olaraq beynəlxalq tədbirlərdə layiqincə təmsil edib.
Bir sıra dövlət mükafatlarıyla təltif edilib. 2012-ci ildən Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamıyla III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
"Bələdiyyə həyatı” qəzetinin təsisçisidir. 2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.
Emtv.az