17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hakimiyyətin məşhur qudaları: nazir həbsə gedir..- İlginc
Azərbaycanda məmurların bir-biri ilə qohum olması artıq bir ənənə şəklindədir; Bir nazir oğlunun digər nazirin qızına elçi göndərməsi, dəbdəbəli toy mərasimləri günümüzün reallıqlarındandır...
Qudalar əl-ələ verib büdcə pullarını pay-puş edir, korrupsiya araşdırmaları ilə məşğul olan müstəntiqlər isə çox vaxt onların əllərindən tutub cinayətlərini sübut etməyə çətinlik çəkirlər. Amma istisnalar da var.
Sabiq səhiyyə naziri Əli İnsanovla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini tutan general Məhərrəm Əliyev də qudadırlar..
Az keçmədi ki, M.Əliyevin oğlu ilə Ə.İnsanovun qızı ayrıldılar. Bu gün həbsdə olan Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin qızı ilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu evlidir.
C.Hacıyevin həbsinin əsas səbəblərdən biri kimi onun məhz E.Mahmudovla qudalığı göstərilir.
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov ilə ailə həyatı yaşayıblar. Daha sonra boşanıblar.
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə evlidir. Ziya Məmmədovun qızı Nigar xanım, Salyanın keçmiş icra başçısı, deputat Əliağa Hüseynovun oğlu ilə evlidir.
Həmçinin Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevlə qudadır. Belə ki, rabitə nazirinin oğlu Pirverdiyevin qızı ilə evlidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı isə Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu ilə evlidir.
Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu baş prokurorun birinci müavini Rüstəm Usubovun qızı ilə evlidir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qızı ilə evlidir.
Milli Məclisin spikeri Oqtay Əsədovun qızı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin oğlu ilə evlidir.
Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qızı ilə evlidir. Gəncənin icra başçısı Elmar Vəliyev Baş Prokurorluğun idarə rəisi Əzizağa Həsənovla qudadır.
Məsələn, Binəqədi rayonunun icra başçısı Xaləddin Isgəndərov vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olduğu bəllidir.
Tovuz rayonunun sabiq icra başçısı, hazırda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini olan Həmid Bağırov Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun qaynıdır. Siyahını uzatmaq da olar.Politika.Az