SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Torpaqları qanunsuz satan bələdiyyələrin adları açıqlandı

6-02-2017, 14:11 | Oxunub: 12 867 |

Torpaqları qanunsuz satan bələdiyyələrin adları açıqlandı
Azərbaycanda 2016-cı ildə torpaqların qanunsuz satışı və icarəyə verilməsi ilə məşğul olan bələdiyyələrin adları məlum olub

"Report"un xəbərinə görə, bələdiyyərin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı İllik Məruzədə bildirilib ki, bələdiyyələrlə bağlı yol verilən cinayət xarakterli faktların çoxu torpaq qanunvericiliyinin pozulması və maliyyə vəsaitinin qanunsuz xərclənməsi ilə bağlıdır.
İllik Məruzədə inzibati araşdırma nəticəsində aşkar edilmiş pozuntu faktları əksini tapıb.

Bu sıraya Bakı şəhəri Sabunçu bələdiyyəsində 900 min manata yaxın pul vəsaitinin qanunsuz silinməsi və minimum bazar qiyməti 1.5 milyon manatdan çox olan 3.8 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ tanınmadan və müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan 81 manata satılması, Qala bələdiyyəsində 60 min manata yaxın pul vəsaitinin qanunsuz xərclənməsi, bələdiyyənin mülkiyyət hüququ tanınmadan, müvafiq icra hakimiyyətləri orqanlarının rəyləri olmadan minimum bazar qiyməti 535 min manata olan 5.4 ha torpaq sahəsinin 87 min manata satılması, 12 ha torpaq sahəsinin qanunsuz icarəyə verilməsi və icra haqqının yığılmasının təmin edilməsi, Abşeron rayon Qobu bələdiyyəsində 900 min manatdan çox pul vəsaitinin qanunsuz silinməsi və satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid 20 ha torpaq sahəsinin satılması, Qusar rayonu Samur Bələdiyyəsində satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 66.5 ha torpaq sahəsinin bələdiyyənin qərarları ilə 9 min manata satılması, eyni kateqoriyalı 30 ha torpaq sahəsinin isə həqiqiliyi şübhə doğuran sənədlərlə xüsusi mülkiyyətə keçirilməsi, Şamaxı rayonu üzrə Dədəgünəş, II Cabanı, Keçməddin və Həmyəli bələdiyyələrində satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ümumilikdə 205 ha torpaq sahəsinin 131 min manata satılması, Göygöl rayonu Zurnabad bələdiyyəsində cari hesabdan təkbaşına, iclas qərarı olmadan abadlıq işləri adı ilə 75 min manat və başqa xərclər adı ilə 24 min manat pulun nağd qaydada götürülməsi və həmin vəsaitlərin xərclənməsini təsdiq edən sənədlərin olmaması, bələdiyyə büdcəsinə 128 min manat ziyan vurulması, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsində hərrac və ya müsabiqə qaydaları pozulmaqla bələdiyyə iclasının qərarı olmadan 22 ha torpaq sahəsinin icarəyə verilməsi, 7 100 manat icarə haqqının bələdiyyə büdcəsinə ödənilmədən təmin edilməməsi faktları daxildir.

Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 6.370 ha torpaq sahəsinin icarəyə, 12 ha istifadəyə, 305 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə qanunsuz olaraq verilməsi müəyyən edilib və həmin qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia əsasında məhkəmələr tərəfindən ləğv edilib. Müraciətlər əsasında aparılan araşdırmaların nəticəsində qanunsuz ayrılmış 1.673 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb. Bütövlükdə 8.359 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bələdiyyə mülkiyyətinə qaytarılan torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artıb. Onlar 8.816 ha qanunsuz icarəyə, 205 ha qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR