SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DEPUTAT İQTİSADÇINI SÖYDÜ, O DA CAVAB VERDİ – “Sən “var-yox” söyüşü edərsən, mən də…”

1-05-2017, 11:12 | Oxunub: 5 913 |

DEPUTAT İQTİSADÇINI SÖYDÜ, O DA CAVAB VERDİ – “Sən “var-yox” söyüşü edərsən, mən də…”
Lerikdən deputat təyin olunan İqbal Məmmədov adlı deputat tanınmış iqtisadçı Qulu İbrahimliyə əxlaqsız söyüşlər edib. Buna səbəb illər əvvələ dayanan bir borc söhbəti olub.

Deputat İqbal Məmmədov borcunu niyə ödəmir?
DEPUTAT İQTİSADÇINI SÖYDÜ, O DA CAVAB VERDİ – “Sən “var-yox” söyüşü edərsən, mən də…”
Belə ki, illər bundan əvvəl Qulu İbrahimli deputat İqbal Məmmədovun hansısa bir şirkətinin maliyyə işlərini görüb və bunun müqabilində deputatın ona külli miqdarda borcu yaranıb. Borcu ödəyəcəyi haqqında söz verən deputat sonradan bundan imtina edib və hər dəfə müxtəlif bəhanələrlə söhbətdən qaçıb. Bu gün (artıq dünən – Red.) tanınmış iqtisadçının səbr kasası dolub və o, növbəti dəfə deputatın şəxsi telefonuna mesaj yazaraq İqbal Məmmədovdan ona olan borcunu ödəməsini xahiş edib. Bu xahişinə isə İqbal Məmmədov gözlənilməz aqressiya, hədə-qorxu və söyüşlə cavab verib. Özünü saxlaya bilməyən və nəzarətdən çıxan deputat tanınmış iqtisadçıya “sən kimsən ki, mənə mesaj yazıbsan” deyib və ona “var-yox” söyüşü söyüb. Qulu İbrahimli söyüşçü deputatın cavabını verib və xarici ölkədə olduğunu deyən deputat telefonu bağlayıb.

“Söyüş söydü, 5 qat artıq cavabını aldı”
DEPUTAT İQTİSADÇINI SÖYDÜ, O DA CAVAB VERDİ – “Sən “var-yox” söyüşü edərsən, mən də…”
Bundan sonra Qulu İbrahimli baş verənlər haqqında özünün facebook səhifəsində yazıb. İqtisadçının profilindəki statusları təqdim ediikr: “Deputat İqbal Məmmədov söyüş söydü, mən də beşqatını özünə qaytardım. Telefonu bağladı. Xaricdən gəlsin, onu himayə edənlər davamıza tamaşa etsinlər. Qorxub geri çəkilsəm, başıma arvad yaylığı bağlayıb profil şəkli edərəm.

Söyməzdi, nəvəsi yaşda adamdan beşqatını da eşitməzdi. Mesaj da yazdım ki, şikayət etmək üçün əlində sübut da olsun. Bilsin ki, ondan qorxan yoxdur. Mən 8 ildir İqbal Məmmədova deyirəm 1 manat, lap elə 20 qəpik qoysun ortaya, halallaşaq. Amma o, özünə sığışdırmır, guya güc göstərir. Borcun ödəməməklə nəyin prinsipin apardığını bilirəm.

Sən deputatlığına arxayın olub “var-yox” söyüşü edərsən, mən də sənin “var-yox”unu düzərəm qabağına, hələ beşqat artığıyla.

Mən deputat İqbal Məmmədovdan qorxsam, məndən əclafı yoxdur. Xaricdədir, deyir gəlib guya mənim payımı verəcək. Gözləyirəm. Hesab edirəm ki, ölkədə 10 güclü kişi varsa, onun ikisi mənim oğlanlarımdır. Onların ruzisini mənimsəmək istəyənin ağzının payın verərəm. Kimliyindən asılı olmayaraq.

Mesaj yazdım deputat İqbal Məmmədova ki, xaricdən qayıtdığı günü, vaxtı öyrənib, aeroporta gedəcəyəm, görüm dediyi söyüşlərin arxasında dura biləcək? Olmasa, Milli Məclisə gedəcəyəm. Gör bir, hansı həddə qədər qudurub. Elə mənim kimi biri qabaqlarına çıxıb dərs verməlidir.”


Rövnəq Abdullayevə, Milli Məclisin rəhbərliyinə, prezident İlham Əliyevə müraciət edəcəyəm
Qulu İbrahimli insidenti təsdiqlədi və hələ də əsəbdən özünə gələ bilmədiyini dedi: “Saatlar keçib, özümə gələ bilmirəm. Mən bütün ölkənin tanıdığı bir iqtisadçıyam, bu adam mənimlə belə danışırsa, gör sadə vətəndaşların başına nə oyun açır. Normal dildə və üslubda bir mesaj yazdım ki, gəl mənimlə halallaş. Bir baxdım zəng elədi və öz tərbiyəsinə uyğun söyüşlər yağdırdı. Kimdir bu adam ki, özünü bu cür məsuliyyətsiz aparır? Mən Naxçıvandan olan bir neçə dostumla adamın işini görmüşük. İndi bizim borcumuzu vermək əvəzinə, bizi söyür. Bütün dostlarım narahatdır. Zəngdən otura bilmirəm. Hamısı toplandı, zəng elədi, dəstəklərini ifadə etdilər. Qərara gəldik ki, bu adamın cavabını vermək və söyüşlərinin məsuliyyətini ona xatırlatmaq lazımdır.”

Ölkədə hər kərpicin harada düzüldüyünü və bu kərpiclərin sahiblərinin kim olduğunu yaxşı bildiyini deyən Qulu İbrahimli deputat İqbal Məmmədovdan əl çəkməyəcəyini dedi və görəcəyi planlardan danışdı: “Mən “Bakcell” işlədirəm, deputat “Azercell”. İlk olaraq əlaqədar mobil operatorlara müraciət edib danışıq mətnini və səsyazısını çıxaracağam. Sonra bu adamın arxasında dayanan, onu bu səviyyəyə gətirən ARDNŞ prezidenti Rövnəq Abdullayevə müraciət edəcəyəm və nəhayət, cavab gəlməsə Milli Məclisin rəhbərliyinə, prezident İlham Əliyevə müraciət edəcəyəm. Görüm, bu adamın mənəvi-əxlaqi çərçivəsi nə həddədir ki, mənə elə əxlaqsız söyüşlər söyür. Həmin mənəvi-əxlaqi çərçivəyə görə də addımlarımı atacağam. Mən bu adam haqqında, onun neçə-neçə insana qarşı elə zülümlərini bilirəm ki, onların hamısını bir-bir millətin gözlərinin qarşısına sərəcəyəm.”

“Mənimlə “Barmek”in davasını aparır”
DEPUTAT İQTİSADÇINI SÖYDÜ, O DA CAVAB VERDİ – “Sən “var-yox” söyüşü edərsən, mən də…”
Daha sonra deputat İqbal Məmmədovla aralarındakı qalmaqalın tarixinə toxunan Qulu İbrahimli onu da dedi ki, “bu adam mənimlə “Barmek”in, Hüseyn Arabulun davasını aparır. Aparsın. Mənə də maraqlıdır ki, bu adamın dərdi nədir ki, hələ “Barmek”i unuda bilmir? Onu da xatırladacağam.”

Görünən odur ki, deputat İqbal Məmmədovla tanınmış iqtisadçı Qulu İbrahimlinin arasında başlanan bu dava hələ bizə çox mətləbləri aydınlaşdıracaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR