17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mühafizəçini döyən deputat haqda ilginc ittihamlar - Dosye
Milli Məclisin üzvü İqbal Məmmədovun vətəndaşı döyməsi barədə olay rezonansa səbəb olub
Sosial şəbəkələrdə minlərlə insan millət vəkilini sərt ifadələrlə tənqid edib.
Politika.az xatırladır ki, olay Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında baş verib.
Belə ki, həmin ünvanda “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olan deputat orada mənzilinin olduğunu iddia edərək, həmin mənzil üçün qapı gətirdiyini bildirib.
Lakin mühafizəçinin onun qarşısını kəsməsi və mübahisəli məzilə görə icraçı direktoru gözləməyə dəvət etməsi sonda onun özünün deputat tərəfindən döyülməsinə səbəb olub.
Problemin səbəbkarı Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun biznes fəaliyyəti ilə məşğul olan qardaşı Sahib İbrahimovun olduğu bəlli olub.
Belə ki, Sahib İbrahimov bir neçə il əvvəl “Karl Marks” adlandırılan ərazidə yüksək mərtəbəli bina inşa etdirib.
Sonradan uçurulan həmin bina İbrahimov qardaşlarına məxsus “STS” adlı şirkət tərəfindən inşa olunub. Kərpic müqabilində Sahib İbrahimov deputat İqbal Məmmədova həmin binadan mənzil verib.
Uçurulandan sonra oradan mənzil alan bir çox şəxslər Sahib İbrahimov tərəfindən aldadıldıqlarını, yeni mənzillə təmin olunmadıqları barədə müxtəlif ünvanlara şikayətlər etmişdi.
Lerikin deputatının növbəti dəfə qalmaqalla gündəmə gəldiyini bildirir. İ.Məmmədov “Relax” istirahət mərkəzinin inkişafı və biznesinin çiçəklənməsinə görə başı möhkəm qarışıqdır.
Ona görə də parlamentdə nə zaman çıxış eləməsi heç özünün də yadına düşmür. "Kaspi Yıldız” şirkəti və "Relax” istirahət mərkəzi sahibi olan millət vəkili Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərüfat qurub.
Rayonun icra başçısı Rövşən Bağırovla yaxın münasibətləri olan deputat Lerikin əksər gəlirli sahələrini öz nəzarətinə keçirib.
Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi “Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır.
Bundan başqa dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb.
Bundan başqa, İqbal Məmmədova məxsus olduğu iddia edilən “Lebro” Broyler tərəfindən Piran kəndi sakinlərinin gündəlik istifadə etdikləri çaya kəsilmiş toyuqların qanın axıdılması faktı video görüntülərdə öz əksini tapıb.
Emtv.az