SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Nehrəmli İbrahim qaçıb, Sahib saxlanıb, komitə isə ləğv edilir - Şok təfsilat

24-12-2016, 13:03 | Oxunub: 13 531 |

Nehrəmli İbrahim qaçıb, Sahib saxlanıb, komitə isə ləğv edilir - Şok təfsilat
“Avesta” şirkətinin prezidenti, cəmiyyətdə İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimov ölkədən qaçdığı barədə xəbərlər yayılıb

Yerli mətbuat xəbərinə görə, onun “Xəzər adaları” layihəsinin iflas etməsi və külli miqdarda borcunun olması Azərbaycandan getməsi ilə nəticələnib.
Hacı İbrahimlə yanaşı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan qardaşı Nazim İbrahimovun da vəziyyəti ürəkaçan deyil.

Komitə sədri ilə bağlı müxtəlif kompromatlar var və hakimiyyət dairələrinə ötürülüb. Onun diaspora təşkilatları ilə birlikdə milyonları mənimsədiyi haqda dosye təqdim olunub.

N.İbrahimovun vəziyyətinin yaxşı olmadığı deyilir. Bu günlərdə isə iş adamı olan digər qardaşı Sahib İbrahimov saxlanmışdı. Ümumilikdə, İbrahimovların hakimiyyətdəki mövqeləri laxlayıb.

“Hacı İbrahimin mənə 3 min manat borcu var, amma onu tapa bilmirəm”. Bu sözləri “Basta” əməkdaşı ilə söhbətində Cavadov Etibar Məmməd oğlu deyib.

Etibar Cavadov bildirir ki, “Avesta” şirkətinin prezidenti, cəmiyyətdə İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovla rəsmi müqavilə əsasında əməkdaşlıq edib.

“Ona nəqliyyat vasitəsilə göstərilən xidmət haqqında müqavilə əsasında körpü tikintisində istifadə olunan texnika - Bobkat vermişəm. Sifarişə uyğun xidmət göstərilib. Ümumilikdə 10 500 manat pul almalı idim. Amma bunun bir hissəsi ödənilsə də, 3 000 manat borcu qalıb”, – Etibar Cavadov deyir.

Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsinin də Gürcüstanda olduğu kimi eyni tendensiya ilə Xarici İşlər Nazirliyinin tabeliyinə verilməsi məsələsi təklif olunur.

Hökumət islahatlar nəzərdə tutub, Azərbaycan postneft dövrünə qədəm basır və bu səbəbdən dövlət xərclərini sahmana salmaq lazımdır.

Bu il struktur islahatları aparılmalıdır. Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bir sıra qurumlar bir-birinin fəaliyyətini təkrarlayır. Buna yol vermək olmaz".

Bu sözləri prezident İlham Əliyev deyib. Onu da deyək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bir neçə gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılmışdı.

Məlumatda bildirirlir ki, sahibkar kimi vergi uçotunda dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınır. Dəfərlərlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödməyib.

Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca şübhəli şəxs qismində saxlanılıb. Daha sonra politika.az bildirir ki, 2 sukta nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan “yuxarıdan” gələn zənglə sərbəst buraxılıb.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR