SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Deputat Kamran Bayramov axtarılır

9-02-2017, 14:09 | Oxunub: 14 419 |

Deputat Kamran Bayramov axtarılır
Şəmkir və Daşkəsən sakinləri hazırda öz deputatlarını – 100 saylı Şəmkir - Daşkəsən seçki dairəsindən millət vəkili seçilmiş Kamran Bayramovu tapa bilməməkdən şikayətlənirlər

Rayon sakinləri editor.az-a bildiriblər ki, millət vəkilinin təmsil etdiyi rayonlarda bir sıra sosial problemlər var.

“Məsələn, Daşkəsən rayonun əksər yolları indi keçilməz bataqlıqları xatırladır. İşıq və qaz təminatı ilə bağlı bir sıra problemlər var. Bu qəbildən olan çətinliklər Şəmkirdə də yaşanır. Lakin 2015-ci ildən deputat mandatı daşıyan Kamran Bayramov biz sakinlərin problemləri ilə maraqlanmır. Nəinki maraqlanmır, artıq 1 ilə yaxındır bu şəxsin üzünü indiyədək demək olar ki, görməmişik. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən millət vəkili problemlərimizlə maraqlanmır, şikayətlərimizi dinləmir. Ona poçt vasitəsilə ünvanlandığımız məktubların çoxu da cavabsız qalıb. Halbuki, Kamran müəllim keçən il seçkiqabağı keçirdiyi azsaylı görüşlərdə yol problemi də daxil olmaqla əksər məsələlərlə şəxsən maraqlanacağını vəd etmişdi”, - sakinlərdən biri deyib.

Onu da oeyd edəkki, deputat Kamran Bayramovun ünvanına səslənən ittihamlarla bağlı editor.az-ın əməkdaşları kiçik bir araşdırma aparıb. Əməkdaşlarımız araşdırma çərçivəsində milət vəkilinin sosial şəbəkələrdəki hesablarını, onun təmsil etdiyi Şəmkir və Daşkəsən rayon İcra Hakimiyyətinin saytlarını nəzərdən keçirib. Araşdırmalar sübut edib ki, həqiqətən deputatın ünvanına səslənən ittihamlar həqiqəti əks etdirir. Sosial şəbəkələr və saytlarda ötən ilin son üç və yeni ilin ilk iki ayını əhatə edən müşahidələrdə deputatın seçiciləri ilə görüşlərini və ya təmsil etdiyi dairədə keçirilən tədbirlərdə iştirakını əks etdirən hər hansı informasiyaya rast gəlinməyib.

Məsələ burasındadır ki, deputat Kamran Bayramov mətbuatın gündəminə bir müddət əvvəl tanınmış jurnalist Azər Həsrətin yazdığı bir yazı ilə gəlmişdi. Həmin yazıda belə qeyd olunurdu:

"... Adı Kamran Bayramovdur. Yəqin ki, mənim oxucuma bu ad heç nə demir. Təbiidir. Çünki bu adda deputatın olduğunu heç mən də bilmirdim. Sadəcə onun təmsil etdiyi dairədə bir yaramazlıq baş verdi, düşündüm ki, bu adam məsələni diqqətə alıb ədalətin bərpasında öz sözünü deyə bilər. Hələlik mahiyyətinə toxunmaq istəmədiyim həmin məsələni bir kənara qoyuram. Düz noyabrın 14-də (yəni 43 gün öncə) bu adama Facebook üzərindən salam verib bir müraciət yazdım. Rica etdim ki, təmsil etdiyi dairədə baş verən bu məsələyə diqqət ayırsın. Aradan bu qədər zaman keçib, adam nəinki məsələylə bağlı reaksiya vermir, üstəlik, ədəb-ərkanla verdiyim salamı belə almağı özünə yaraşdırmayıb.

Araşdırdım. Gənc deyə biləcəyimiz deputatlardandır. 37 yaşı var. Hər hansı ictimai-siyasi fəaliyyətilə seçilməyib, seçilmir də. Yəni parlamentə göydən zənbillə düşmüş deputatlardandır (təəssüf ki, belələri çoxdur orda və heç bir faydalarını da görmür bu millət – A.H.). Anlaşılan, adamın bioqrafiyası çox zəngin deyil. Elə ona görə də Azər Həsrət adlı tanımadığı birsinin salamını almağı belə özünə sığışdırmır…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR