17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Aqrar sahə dünyanın ən riskli sahəsidir” – Nazir müavini
“Aqrar sahə dünyanın ən riskli sahəsidir. Bu sahə dünyada kredit təşkilatları tərəfindən cəlbedici sahə hesab edilmir, eynilə bizim ölkəmizdə də vəziyyət belədir”. Emtv.az apa-ya istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
Onun sözlərinə görə, son 10 ildə banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə Buna baxmayaraq, naziri müavini bildirib ki, bu vəsait yetərli deyil.
“Dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verir. Xarici investorlar isə aqrar sahəmizə elə də ciddi münasibət göstərmirlər. Bu, təkcə aqrar sahənin riskli olması ilə bağlı deyil, eyni zamanda burada ayrı-ayrı kredit alətlərinin, mexanizmlərinin tətbiqinin məhdudluğu ilə bağlıdır. Çünki aqrar sahədə daşınar əmlakların girov kimi qəbul edilməsi, hazır məhsulların girov kimi qəbul edilməsi, beynəlxalq təcrübədə öz əksini tapan və sınanmış alətlər hələlik ölkəmizdə tətbiq edilmir. Ümid edirik ki, bununla bağlı bizim təkliflərimiz nəzərə alınacaq və fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq. Biz beynəlxalq təcrübədə özünü doğrultmuş bir neçə variantı təklif etmişik. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur”, – deyə S. Talıbov vurğulayıb.
Emtv.az