SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda aqrar sahə uğurla inkişaf edir

1-11-2016, 07:49 | Oxunub: 15 900 |

Naxçıvanda aqrar sahə uğurla inkişaf edirAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan qısa müddətdə kənd təsərrüfatının inkişaf göstəricilərinə görə İttifaq respublikaları sırasında qabaqcıl yerlərdən birini tutmuşdur. Müstəqilliyin ilk illərində ölkədə baş verən özbaşınalıq nəticəsində aqrar sahədə yaradılan bu infrastruktur tamamilə dağıdılmışdır. Lakin həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli lider kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bununla da, Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanılmış, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşmışdır. 1993-2003-cü illərdə isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə kompleks tədbirlər görülmüş, uğurlu aqrar islahatlar həyata keçirilmiş, qanunvericilik bazasının yaradılmasına başlanılmış, “Aqrar islahatların əsasları haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, Torpaq, Meşə və Su məcəllələri qəbul edilmişdir.

Ulu öndərin müəyyənləşdirdiyi aqrar islahatlar bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar-sənaye kompleksinin inkişafını diqqət mərkəzində saxlayır, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində konkret tədbirlər görülür, dövlət proqramları qəbul olunur.
Bu gün muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aqrar sahədə aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olmuşdur. 2000-ci ildə muxtar respublikada 205 kəndi, 132 kolxoz, sovxoz və birlikləri əhatə etməklə aparılan torpaq islahatı başa çatdırılmış, 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmişdir. Bundan sonra kənd təsərrüfatının inkişafında dönüş yaradılmış, bol məhsul istehsalının əsası qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı (2005-2010-cu illər)”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın muxtar respublikada aqrar sahənin inkişafında mühüm rolu vardır.
Muxtar respublikanın iqlim şəraiti və əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur. 2016-cı ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılmışdır. Cari ilin 9 ayı ərzində muxtar respublikada 100 min 768 ton dənli və dənli-paxlalı, 10 min 451 ton dən üçün qarğıdalı, 725,5 ton dən üçün günəbaxan, 71 min 704 ton tərəvəz, 41 min 405 ton kartof, 36 min 271 ton bostan məhsulları, 37 min 680 ton meyvə, 9 min 625 ton üzüm istehsal olunmuşdur. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.
Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təmin edilməsi əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Ötən il Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi istifadəyə verilmişdir. Suvarma sistemlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər bu il də davam etdirilir. Belə ki, cari ilin ötən dövrü ərzində meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir. Yeni suvarma sisteminin qurulması nəticəsində Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılmışdır ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır. Bununla yanaşı, Şərur rayonunun Ələkli kəndində suvarma xəttinin, Babək rayonunun Sirab kəndində qapalı suvarma xəttinin çəkilişi, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 117 hektar torpaq sahəsində qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Bütün bunlar torpaqlardan səmərəli istifadə edilməsinə və məhsul istehsalının yüksəldilməsinə imkan verəcəkdir.
Yüksəkkeyfiyyətli qida məhsullarının, xüsusilə süd və ət məhsullarının əldə olunması məqsədilə heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əsasən düzən yerlərdə heyvandarlığın ətlik-südlük istiqaməti inkişaf etdirilir. Bunlar da muxtar respublikada mal-qaranın baş sayının artırılmasına və əsas növ heyvandarlıq məhsullarının istehsalının çoxalmasına imkan yaradır. Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 114 min 387 başa, xırdabuynuzlu heyvanların sayı isə 702 min 316 başa çatdırılmışdır. 2016-cı ildə heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilmiş, 6 heyvandarlıq təsərrüfatı yaradılmışdır. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən cari ilin ötən dövrü ərzində bu sahəyə 7 milyon 29 min 600 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur. Heyvandarlıq təsərrüfatlarında 6554 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 2781 baş sağlam bala alınmışdır.
Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün heyvandarlıqda və quşçuluqda baş verə biləcək xəstəliklərin qarşısını almaq məqsədilə Dövlət Baytarlıq Xidməti tərəfindən də tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri uğurla davam etdirilir. Muxtar respublikada Dövlət Baytarlıq Xidməti və onun yerli qurumları tərəfindən mal-qara və quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı profilaktiki olaraq peyvəndləmə işləri epizootik tədbirlər planına uyğun həyata keçirilir.
Qəbul edilmiş dövlət proqramlarının icrası çərçivəsində, eləcə də verilən kreditlərin hesabına 64 quşçuluq təsərrüfatı yaradılmışdır. Əhalinin balıq əti ilə təmin olunması istiqamətində işlər də davam etdirilmiş, son illər 14 balıqçılıq təsərrüfatı fəaliyyətə başlamışdır.


Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu olmuşdur. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 1742 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilmiş, onlardan 1483 ədədi nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılmışdır. Alınmış texnika və aqreqatların 57-si 2016-cı ilin 9 ayında gətirilmişdir. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlər müəyyən edilmişdir.
Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də istehsalçılara 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövr ərzində məhsul istehsalçıları 4905,3 ton mineral gübrə ilə təmin olunmuşdur. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilməsi təmin olunur.
Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 13 min 280 ton olan 29 soyuducu anbar, sahəsi 126 min 672 kvadratmetr olan 20 istixana kompleksi fəaliyyət göstərir. Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır.
İstehsal prosesində aqrotexniki qaydalara düzgün əməl etmək üçün sahibkarlar və torpaq mülkiyyətçiləri arasında maarifləndirmə işləri aparılır. Belə ki, tövsiyə xarakterli bukletlər hazırlanaraq torpaq mülkiyyətçilərinə və sahibkarlara paylanılır, muxtar respublikanın teleradiolarında maarifləndirici verilişlər ­hazırlanır, qəzetlərdə məqalələr dərc edilir.

Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq tələbatın əsas etibarı ilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaranmışdır.
Naxçıvanda aqrar sahə uğurla inkişaf edir
Naxçıvanda aqrar sahə uğurla inkişaf edir
Naxçıvanda aqrar sahə uğurla inkişaf edir
Naxçıvanda aqrar sahə uğurla inkişaf edir

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR