SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

GƏLƏCƏKDƏ QEYRİ-NEFT SƏNAYESİ VƏ AQRAR SEKTOR ƏSAS İXRAC SAHƏLƏRİNƏ ÇEVRİLƏCƏK

11-01-2016, 12:58 | Oxunub: 15 076 |

GƏLƏCƏKDƏ QEYRİ-NEFT SƏNAYESİ VƏ AQRAR SEKTOR ƏSAS İXRAC SAHƏLƏRİNƏ ÇEVRİLƏCƏK
Ötən ilin yanvar-oktyabr aylarında ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər dünyanın 158 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 105 ölkəyə məhsul ixrac olunub, 141 ölkədən idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin 10 ayında xarici ölkələrlə 17205,9 milyon dollar məbləğində ticarət, o cümlədən 9765 milyon dollarlıq ixrac və 7440,9 milyon dollarlıq idxal əməliyyatları aparılıb.


Nəticədə 2324,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ticarət dövriyyəsinin 11,9 faizi MDB-nin, 88,1 faizi digər ölkələrin payına düşüb. O cümlədən dövriyyənin 46,8 faizi Avropa İttifaqı ölkələri ilə həyata keçirilən ticarət əlaqələrinin sayəsində yaranıb.
Xarici ticarət dövriyyəsində əsas tərəfdaşlarımız İtaliya, Almaniya, Rusiya, Türkiyə, ABŞ, Fransa, İsrail, Çexiya, İndoneziya, Yaponiya, Çin, Avstraliya, Birləşmiş Krallıq, Gürcüstan, İspaniya, Portuqaliya, Ukrayna, Tunis, Hindistan və Tailanddır.
Ölkədə qeyri-neft sektorunun inkişafı sayəsində bir sıra məhsulların idxalında azalma müşahidə edilib. Hesabat dövründə ölkəmizə buğda, təzə meyvə, kərə yağı, digər süd yağları və pastaları, mal əti, kartof, təzə tərəvəz, qara metallardan borular və çubuqlar, polad prokatı, xam şəkər və şəkər idxalı, bitki yağları, çay, mebel, sement və sement klinkerləri kimi məhsul və malların idxalı azalıb. İxracda isə xam neft və neft məhsulları, təbii qazla yanaşı, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və ondan hazırlanan məmulatlar üstünlük təşkil edir. Hesabat dövründə 1324,9 milyon dollarlıq qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-oktyabr aylarının səviyyəsini 3,7 faiz üstələyib.
Statistik rəqəmlərdən də göründüyü kimi, Azərbaycan iqtisadiyyatının ixrac potensialında həlledici yeri neft-qaz ixracı tutur. Bu da təbiidir. Ölkəmiz bu növ təbii resurslarla zəngindir. Lakin enerji daşıyıcılarının qiymətinin dünya bazarında qeyri-sabit olması digər ölkələr kimi, bizi də vaxtaşırı çətin duruma salır. Odur ki, neft gəlirlərindən asılılığın azaldılması üçün lazımi tədbirlər görülür. Nəticədə Azərbaycanda qeyri-neft sektoru dinamik inkişaf edir. Hazırda ölkəmizin bir sıra məhsullara olan daxili tələbatının yerli istehsal hesabına ödənilməsi, üstəlik, müəyyən ixrac qabiliyyətinin yaranması bu siyasətin nəticəsidir.
Qeyri-neft sənayesində yeni istehsal müəssisələrinin yaradılması da bu istiqamətdə atılan addımlardandır. Son dövrlər yaradılan sənaye texnoparkları bunun bariz nümunəsidir. Texnoparklarda hazırlanan yüksək keyfiyyətli məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici bazarlara ixrac olunaraq analoji mallarla uğurla rəqabət aparır. Belə növ məhsulların ixracda çəkisi ildən-ilə artır.
Hazırkı şəraitdə qeyri-neft sektorunun əhəmiyyəti barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: “Eyni zamanda 2015-ci ildə neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, üç dəfə aşağı düşmüşdür. Bunu ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ancaq bu, reallıqdır və yenə də Azərbaycanda aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edildi, Azərbaycanda qeyri-neft sektoru inkişaf etdi. Xüsusilə qeyri-neft sənayesinin 7 faizdən çox artması məni xüsusi sevindirir. Bu, onu göstərir ki, əvvəlki illərdə apardığımız siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və neftdən asılılığımız getdikcə daha da azalacaq”.
Ölkə iqtisadiyyatında çəkisinə görə kənd təsərrüfatı əhəmiyyətli yer tutur. Bu sektorun inkişafı üçün də dövlət tərəfindən xüsusi qayğı göstərilir. Son illər ən çox güzəştli kreditlər aqrar sektorda çalışan sahibkarlara verilir. Bununla yanaşı, kənd təsərrüfatında çalışanlar torpaq vergisindən savayı, bütün növ vergilərdən azad ediliblər. Üstəlik, fermerlərə istifadə etdikləri yanacaq-sürtkü yağları üçün kompensasiya verilir, toxum, gübrə, damazlıq heyvanlara görə böyük güzəştlər edilir. Aqrar sektoru inkişaf etdirmək üçün Şəmkirçay və Taxtakörpü su anbarları tikilib ki, onların da yeni əkin sahələrini dövriyyəyə daxil edilməsində rolu böyükdür.
Məlum olduğu kimi, keçən il “Kənd təsərrüfatı ili” elan edilmişdi. Əldə olunan uğurlar onu göstərir ki, bu, nəticəsiz qalmayıb. Keçən il aqrar sektorda 7 faizə qədər məhsul istehsalı artımına nail olunub. Bu uğurda kiçik və orta fermer təsərrüfatları ilə yanaşı, iri aqrar kompleksləri də mühüm rol oynayıb. Belə ki, həmin təsərrüfatlarda müasir aqrar elmin və texnikanın son nailiyyətlərindən səmərəli istifadə edildiyi üçün məhsuldarlıq daha yüksək olub.
Dövlət başçısı da ölkənin gələcək inkişafında, məhsul ixracında qeyri-neft sənayesini, o cümlədən aqrar sektorun önəmini xüsusi qeyd edir: “Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı və sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resursları gətirir. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək və biz bu yolla gedəcəyik”. Göründüyü kimi, gələcəkdə əsas ixrac sahələri qeyri-neft sənayesi və aqrar sektor olacaq.

Rüstəm KAMAL

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR