SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Nənəsini qətlə yetirib yandıran nəvə…

4-07-2019, 04:38 | Oxunub: 12 516 |

Nənəsini qətlə yetirib yandıran nəvə…

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Emtv.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda şahid qismində ifadə verən İlham Cahangirov qətlə yetirilən qadının qonşusu olduğunu deyib. Bildirib ki, hadisə baş verən gün evdə olub: “Səhər saat 9 radələrində avtomobilə baxmaq üçün küçəyə çıxanda, mərhum Tamilla xanımgilin qapısından tanımadığım bir nəfərin çıxdığını gördüm. O idman geyimində idi. Qapıdan çıxan kimi papağı başına keçirdi və çantanı çiyninə ataraq getdi. Onu tanımasam da, qonaq olduğunu zənn etdim. Evə qayıdandan bir neçə dəqiqə sonra qonşunun yanğın olması barədə qışqırdığını eşitdik. Dərhal evə doğru qaçdıq, amma artıq alov bütün evi bürümüşdü. Müdaxilə edə bilmədik və yanğısöndürənlər gəlib alovu söndürdülər. Həmin vaxt Tamilla xanımın evdə olduğunu bilmirdik. Sonradan məlum oldu ki, ona xəsarət yetirərək öldürdükdən sonra evi yandırıblar”.

Şahid əlavə edib ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşına gördüyü naməlum şəxs barədə məlumat verib. Yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerasına baxış keçirməklə həmin adamın şəxsiyyəti müəyyənləşdirilib.

Proses iyulun 10-da davam edəcək.

İttihama görə, ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda yanğın baş verib.

Saat 09:30 radələrində yanğın söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyevin törətdiyi müəyyən olunub və o, tutularaq istintaqa cəlb olunub.

Ona quldurluq məqsədilə xüsusi amansızlıqla qəsdən adam öldürmə əməli ilə bağlı ittiham verilib.(Trend)

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR