18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xaçmazda iş adamını qətlə yetirərək qarət etdilər, hərəyə bir “iPhone” aldılar
Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamının qətlində ittiham olunan Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Azər Paşayev sədrlik edib.
Emtv.az xəbər verir ki, ittihama görə, V.Rüstəmov, F.Axverdiyev və Q.Kərimov cinayətkar dəstə yaradaraq Xaçmaz rayonunda quldurluqla məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək, onu zəhərləyib öldürüblər, mənzildən 10 min manat pulunu aparıblar. Sonra isə mənzili yandırıblar. Yanğın zamanı qadının meyiti də yanıb.
Bundan başqa, dəstə üzvləri əvvəlcədən hazırladıqları plan üzrə topdansatış mərkəzinin sahibi olan İlqar Məmmədovun evinə soxulublar. İş adamını qətlə yetirərək, evindən 289 min manat pul və qızıl-zinət əşyaları götürüblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 181-ci (quldurluq) maddələri üzrə ittiham irəli sürülüb.
Qalib Kərimov ifadəsində iş adamının qətlində iştirak etdiyini etiraf etsə də, mərhum Nəzakət Hacıyevanın ölümündə əli olmadığını deyib: “Guya mən kolbasa-çörəyə zəhər qatıb Nəzakəti öldürmüşəm, evindən oğurluq etmişəm. Bunu Firudin deyib. Ona görə mən də İlqarın ölümü ilə bağlı epizodda onun olduğunu demişəm. Halbuki, İlqar Məmmədovun qətlində Vüsalla ikimiz iştirak etmişik”.
Təqsirləndirilən şəxsin ifadəsindən belə məlum olub ki, 5 il əvvəl də iş adamının evindən oğurluq edib: “2012-ci ildə həmin evdən oğurluq etdiyimə görə həbs olunmuşdum. Fikirləşirdim ki, məni tanımaz. Hadisə baş verən gün Vüsalla içki içmişdik. Birlikdə getdik İlqarın evinə. Evi ilə ticarət yeri bitişik idi. Həmin yerə müştəri qismində girdim, məni tanıdı. Dedi ki, sən mənim evimdən oğurluq etmisən. Söydü, mən də bıçaqla onu vurdum”.
Q.Kərimov qətldən sonra qapıları bağladığını, kameranın naqillərini kəsdiyini, yaddaş aparatını isə özü ilə apardığını deyib: “Evdən 80 min dollar, bir də 500 manat götürdüm. İttihamda 180 min dollar yazıblar. Hadisədən sonra Vüsalla birgə Bakıya gəldik. Pulları isə aramızda yarı böldük. Hərəmizə bir “iPhone” aldıq. Sonradan Vüsal Qazaxıstana getdi”.
Emtv.az