18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Saxta MTN-çi qadının məhkəməsi: AMAY rəhbəri ifadəyə çağırılır
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Emtv.az xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gülnarə Cəfərova ifadə verib. O deyib ki, zərərçəkmiş Afət Hüseynovanın dükanında satıcı işləyərkən A. Akimova ora tez-tez gəlib: "O bir müştəri kimi bizdən geyimlər alırdı. Sonradan müdirlə Aygünün münasibəti daha da istiləşdi. Müdirimiz Afət xanım səfərə gedəndə bizə tapşırdı ki, hər şeyi Aygün Akimovaya etibar edə bilərsiniz. Bir dəfə Afət xanım səfərdə olanda dükandan pul oğurlandı. Biz bu məsələni Aygün Akimovaya deyəndə, o bildirdi ki, pul tapılmasa hamı öz əvəzindən pul qoymalıdır. Mənsə buna etiraz edib bildirdim ki, pulu mən oğurlamamışamsa, nəyə görə pul verməliyəm? Buna görə işdən çıxmışam".
Digər şahid Ceyran Əzizova deyib ki, borc pul axtararkən A. Akimova ilə tanış olub: "Oğluma toy etməm istəyirdim, maddi imkanım yox idi. Buna görə borc üçün çox adama müraciət etdim heç kəs kömək etmədi. Bundan sonra Aygün Akimova mənə təklif etdi ki, pul verə bilər. Həmin gün də mənə 10 min manat borca pul verdi. Ancaq heç bir gün keçmədən, pulunu geri istədi. Sonradan mən bildim ki, bu pullar zərərçəkmiş Elçin adlı şəxsə məxsus idi".
Vəkil Adəm Məmmədov növbəti prosesdə AMAY Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin də şahid kimi dəvət olunması haqqında vəsatət verib. Hakim vəsatətin təmin olunacağını bildirib. Proses iyulun 13-də davam etdiriləcək. Qeyd edək ki, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar. Xatırladaq ki, cinayət işi üzrə istintaqa şahid qismində AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev də ifadə verib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Emtv.az