SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

PREZİDENTİN KÖHNƏ KOMANDAYA BÖYÜK “STAVKASI” – Polisdə eksperimentə gedilmədi, DTX peşəkara tapşırıldı

22-06-2019, 19:43 | Oxunub: 10 946 |

PREZİDENTİN KÖHNƏ KOMANDAYA BÖYÜK “STAVKASI” – Polisdə eksperimentə gedilmədi, DTX peşəkara tapşırıldı

Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamları son dərəcə ciddi bir sıra məsələlərə nöqtə qoydu. Bu məsələlərin bir çoxu taleyüklü idi və illərdir müzakirə olunur, yekun qərarın necə olacağı dərin maraqla gözlənilirdi. Demək olar ki, dəyişikliklərə dair gözləntilərin əksəriyyəti də özünü doğrultdu.

Söhbət hansı gözləntilərdən gedir?

Məsələ ondadır ki, Prezidentin 20 iyun tarixli 4 təyinat sərəncamından yalnız biri – Mədət Quliyevin Müdafiə Sənayesi naziri təyin olunması gözlənilməz oldu. Digər sərəncamlar təəccüb doğurmadı – polisə nəzarət uğrunda mübarizə, gözlənildiyi kimi, bitdi; xüsusi xidmətin başına, gözlənildiyi kimi, peşəkar gətirildi; ölkədə sabitliyin təmin olunmasında və paralel olaraq hakimiyyətin möhkəmlənməsində böyük əməyi olmuş general Usubova da, gözlənildiyi kimi, yüksək vəzifə verildi.



Vilayət Eyvazovun DİN başçısı postuna ən real namizəd olduğuna illərdir ki, ictimai rəydə şübhə qalmamışdı. Bu baxımdan onunla müqayisə oluna biləcək ikinci şəxsi heç üfüqdə də görünmürdü. Son vaxtlar bəzi digər şəxslərin də adı hallandırılırdı, lakin onların heç biri şəxsi bacarıqlarına və yüksək idarəetmə qabiliyyətlərinə görə cənab Eyvazova rəqib kimi göstərilmirdi. Bəzi başqa kriteriyalarda onlar V.Eyvazovdan öndə olduqlarına görə şanslı imişlər kimi təqdim olunurdular.

Lakin soyuq başla düşünmək qabiliyyəti olanlar əminiydilər ki, DİN eksperiment meydanı olmayacaq – polis dövlətin bel sütunudur, polis sabitliyin əsas qarantıdır, nəhayət, polis hakimiyyətin ən etibarlı zirehidir. Belə də oldu – sabitliyi, cəmiyyəti və hakimiyyəti qorumaq vəzifəsi yenidən illərin sınağından çıxmış təcrübəli, etibarlı və enerjili insanlara həvalə olundu.



25 ildən artıq polisin sükanı arxasında olmuş Ramil Usubovla bağlı gözləntilər də özünü doğrultdu – az qala yüzdə yüz. Cənab Usubovun vəzifəsindən azad olunacağı və Prezident Administrasiyasına keçiriləcəyi ehtimalı xüsusən də vitse-prezident institutunun yaradılmasından (2017-ci ilin əvvəli) sonra daha da aktuallaşmışdı. Bu vaxtadək R.Usubovu Prezident Administrasiyasının rəhbəri postuna potensial namizədlərdən biri kimi göstərirdilər. Lakin vitse-prezident institutu yaradıldıqdan sonra illərdir təkcə yaxşı əməliyyatçı yox, həm də ağıllı siyasətçi bacarıqları ilə diqqəti çəkmiş Usubovu vitse-prezident postuna da layiq görməyə başladılar.

Amma nə qədər qeyri-populyar post olmasına baxmayaraq, bu müzakirələrdə bəzən Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin oluna biləcəyi versiyası da dilə gətirilirdi. Bu ehtimal da Prezidentin dünənki sərəncamı ilə reallığa çevrilmiş oldu.

İndi açıq qalan yeganə sual budur: Prezidentin sərəncamı ilə bugündən Ramiz Mehdiyevin bir vəzifəsinin icrasına başlayacaq (İndiyədək Təhlükəsizlik Şurasının katibi vəzifəsini Prezident Administrasiyasının rəhbəri icra edib-red.) olan R.Usubov, bununla həm də Administrasiya rəhbəri postuna ən real namizədə çevrildimi? Deyilənlərə inansaq, akademik Ramiz Mehdiyevin də bu posta yeganə namizədi məhz Usubovdur…

Nağıyevin möhtəşəm dönüşü…



İstər 2015-ci ilin oktyabrında Eldar Mahmudov qəfildən vəzifəsindən azad olunanda, istərsə də sonrakı illərdə DTX-da hər hansı dəyişikliyin ola biləcəyi haqda ehtimallar ortaya çıxanda, əksəriyyətin dilindən çıxan ilk ad məhz Əli Nağıyev olardı. Bu da təsadüfi deyildi – Əli Nağıyevin yüksək peşəkarlığı hamı tərəfindən, hətta onun düşmənləri tərəfindən də hər zaman etiraf olunub. Ə.Nağıyev onun ən güclü vaxtlarında Eldar Mahmudovla üz-üzə gəlməkdən çəkinməmiş, vəzifəsindən uzaqlaşdırılmasına və əlində ciddi resursu qalmamasına baxmayaraq, bu mübarizədən qalib çıxmış əsl çekist idi. Layiq olduğu yerə qayıtmaq onun haqqı idi və O, düşmənlərinin bütün həmlələrini ustalıqla dəf edə-edə bu günü səbr və təmkinlə gözləyirdi.

Prezidentin Əli Nağıyevlə bağlı çoxdandır gözlənilən sərəncamı bir məsələyə də aydınlıq gətirmiş oldu. Məlum oldu ki, 2 aydan artıqdır müəyyən dairələrin korrupsioner bir bələdiyyə sədrinin dilindən cənab Nağıyevə qarşı apardıqları böhtan kampaniyası təsadüfi olmayıb. İstisna deyil ki, bu və digər təxribatlar Prezidentin məlum sərəncamının qarşısını almağa xidmət edib…

Prezidentin “stavkası”…

Nəhayət, Prezident Əliyevin dünənki sərəncamları hakimiyyətdaxili qruplaşmalar arasında balans siyasətinin də davam edəcəyindən xəbər verdi.

Cənab Əliyev köhnə, lakin təcrübəli və etibarlı komandaya “stavka”nı davam etdirir.

E.Məhərrəmli

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR