18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Generallar Prezident Administrasiyasında əlbəyaxa oldu – “Casus işi”
Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin vəzifəsindən azad olunması ilə bağlı sensasion sayıla biləcək məlumat yayılıb.
Xatırladaq ki, mətbuatda Vahid Əliyevin vəzifəsindən azad olunması ilə bağlı yayılan məlumatda bildirilirdi ki, generalın işinin itirilməsində Azərbaycan Ordusundakı son proseslərin – “Casus işi”nin rolu olub:
“Adının çəkilməsini istəməyən ekspertlərdən biri mətbuata açıqlamasında bu ehtimalı yüksək qiymətləndirib. “Görünür belə böyük biabırçılıqdan sonra Prezident bu qərara gəlib ki, Vahid Əliyev vəzifəsinə yararsız kadrdır”.
Hərbi ekspert Üzeyir Cəfərli də Vahid Əliyevin işdən çıxarılmasını onun işindəki çatışmazlıqlarla əlaqələndirib: “Prezidentin köməkçilərindən biri kimi general-leytenant Vahid Əliyevin gündəlik iş prinsipini və fəaliyyətində bir sıra ciddi çatışmazlıqlar mövcud idi ki, məhz onların olması Ali Baş Komandanı razı sala bilməzdi”.
Emtv.az xəbər verir ki, aztoday.az-a daxil olan məlumatda iddia olunur ki, Milli Orduda yaşanan casus qalmaqalında Vahid Əliyevin heç bir rolu olmayıb. Əksinə “Casus işi” ilə bağlı Prezident Administrasiyasında keçirilən müşavirədə Vahid Əliyev Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadıqovu birinci günahkar şəxs hesab edib.
Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi müşavirədə iştirak edən Nəcməddin Sadıqovun Vahid Əliyevə cavabı çox ağır olub. Məlumatda iddia olunur ki, ağır təhqirli cavabdan sonra Vahid Əliyevlə Nəcməddin Sadıqov əlbəyaxa olublar.
Bu hadisə səbəbindən Vahid Əliyevin vəzifəsindən uzaqlaşdırıldığı deyilir. Nəcməddin Sadıqovun hansı şəkildə cəzalandırıldığı məlumatda əksini tapmayıb.
Emtv.az