18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sakinlər Vahid Əhmədova nədən şikayətləndilər? - Foto
Millət vəkili Vahid Əhmədov Qubada seçicilərilə görüşüb.
Bu haqda mətbuata deputatın köməkçisi Arif Orucov məlumat verib.
Qəbulda Qubadan və qonşu rayonlardan 84 sakin iştirak edib. Vətəndaşlar ev tikintisı üçün torpaq sahələrinin ayrılması, təmir üçün inşaat materiallarının verilməsi, banklardan alınmış kreditlərlə bağlı çoxsaylı problemlər, iş yerlərinin olmaması, bağçılıqda zərərvericilərə qarşı istifadə olunan dərman preparatlarının keyfiyyətsizliyi, su və kanalizasiya sistemindəki çatışmazlıqlar, şəhərdaxili küçələrin qaydaya salınması, işədüzəlmə və digər məsələlər haqda şikayətlərini bildiriblər.
Bir neçə məsələ deputat tərəfindən yerindəcə araşdırılaraq tədbir görülüb. Digər məsələlərlə bağlı şikayətlər isə baxılmaq üçün nəzarətə götürülüb.
Növbəti qəbulun iyunda olacağı planlaşdırılır.
Emtv.az