17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Ali Məclisi sədrinin vitse-prezident postuna təyinatı hakimiyyətin möhkəmlənməsinə xidmət edə bilər
Birmənalı olaraq qeyd olunmalıdır ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ən qısa zamanda ölkəmizə öz töhfələrini verəcək. Artıq ölkə prezidentinin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmişdir.
Lakin qarşıda hələ digər vitse-prezidentlər postuna təyinatlar da gözlənilir. Təbii ki, bununla bağlı cəmiyyətdə müxtəlif fikir və rəylər səsləndirilməkdədir. İlk növbədə qeyd etmək lazımdır ki, vitse-prezidentlərin təyinatı ilə bağlı məsələ əslində özünün ən düzgün həllini tapmış oldu. Məsələ bundadır ki, ümumxalq referendumundan bir qədər əvvəl cəmiyyətdə vitse-prezidentlərin də seçki yolu ilə təyin olunmalarına dair təkliflər irəli sürülürdü. Lakin bu, əslində düzgün olmayan və əsassız bir təklif idi. Məsələ bundadır ki, vitse-prezidentlər hər şeydən öncə ölkə rəhbərinin komandasının üzvləri olmalıdırlar. Məhz bu səbəbdən də onların təyinatı ilə bağlı səlahiyyət də birbaşa ölkə prezidentinə aid olmalıdır.
Digər vitse-prezident postuna namizədlərin kimliyinə gəlincə isə, dediyimiz kimi, cəmiyyətdə bu haqda müxtəlif fikirlər irəli sürülür. Lakin adları çəkilən namizədlərin arasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun şansları daha yüksək qiymətləndirilir. Bunun isə, kifayət qədər əsaslandırıla biləcək səbəbləri var. Məlumdur ki, Vasif Talıbov indiyə qədər muxtar respublikanın idarə olunmasında kifayət qədər böyük yeniliklərə imza atmış, Naxçıvanın dinamik inkişafına nail ola bilmişdir.
Bu inkişaf və tərəqqi Azərbaycanın bütün digər bölgələrində olduğu kimi, qədim Naxçıvan torpağında da aydın şəkildə müşahidə olunur. Artıq 25 ildən çox bir müddət ərzində blokada vəziyyətində yaşayan muxtar respublikanın hərtərəfli inkişafına nail olunması həqiqətən böyük uğurdur. Bu gün Naxçıvan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə və Vasif Talıbovun rəhbərliyi altında istər sosial-siyasi, istərsə də iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf edir, çiçəklənir.
Son bir neçə ildə isə, Şərqin qapısı adlandırılan qədim diyar beynəlxalq tədbirlərin keçirildiyi önəmli mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bütün bunlar, az öncə qeyd etdiyimiz kimi, Vasif Talıbovun muxtar respublikada tətbiq etdiyi düzgün idarəçilik sistemindən xəbər verir. Həmçinin unutmaq lazım deyil ki, Vasif Talıbov Azərbaycan adlı dövləti parçalanmaqdan, yad qüvvələrin təsirindən qoruyan, xalqa böyük xoşbəxtliklər nəsib edən, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev kimi dahi bir şəxsiyyətin ən sadiq davamçılarından biridir. Danılmaz həqiqətdir ki, 1993-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Vasif Talıbov yürütdüyü sağlam iqtisadi-siyasi kursla dövlətimizə böyük töhfələr verib və bu gün də həmin missiyanı çox uğurla davam etdirməkdədir.
Digər tərəfdən isə, Vasif Talıbovun Ali Məclisin sədri vəzifəsini tutması faktı özü də onun vitse-prezident postuna təyinatını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Belə ki, Azərbaycan prezidentli respublika olduğuna görə, Naxçıvan Muxtar Respublikası idarəçilik sistemində birbaşa prezidentlə bağlı olmalıdır.
Ali Məclisin sədri isə, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Milli Məclis və Ali Məclis hakimiyyətin iki qolu hesab olunur. Eyni zamanda da ölkəmiz prezidentli respublikadır. Bu səbəbdən də Ali Məclisin sədrinin vitse-prezident təyin olunması hakimiyyətin möhkəmlənməsinə və təkmilləşməsinə xidmət edə bilər.
Hazırladı: Faiq ƏHMƏDOV "Müstəqil Lider" jurnalının baş redaktoru
Emtv.az