17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ƏLİ NAĞIYEV DTX RƏİSİ TƏYİN OLUNDU! – Prezident sərəncamı
Prezident İlham Əliyev Əli Nağı oğlu Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunması barədə sərəncam imzalayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Prezident Mədət Quliyevin DTX rəisi vəzifəsindən azad olunaraq, Müdafiə Sənayesi naziri təyin olunması barədə sərəncam verib.
Prezidentin Əli Nağıyevlə bağlı sərəncamında deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin”.
Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəhbəri olub.
2004-cü ildə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı sərəncamla general-mayor hərbi rütbəsi verilib.
General-mayor Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.
12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixli sərəncamı ilə general-mayor Əli Nağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Əli Nağıyevin adı Azərbaycan xüsusi xidmət məktəbinin ən parlaq nümayəndələrindən biri kimi, DTX rəisi vəzifəsinə namizədlər arasında ön sırada çəkilirdi.
Mərhəmət Lələyev
Emtv.az