SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda dörd bank bağlana bilər...

2-05-2019, 16:57 | Oxunub: 12 770 |

Azərbaycanda dörd bank bağlana bilər...

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın ötənilki gəlirləri əvvəlki ilə nisbətən az olub.

Bunlar "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "AFB Bank", "Atabank", "Azər-Türk Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (55,8%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (4,5%) qeydə alınıb. Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin gəlirləri 30 milyon manatdan çox olub. Qalan 25 bankdan 11-də gəlirlər 10-25 milyon manat arasında, 12 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Emtv.az xəbər verir ki, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, gəlirləri azalan banklardan yalnız üçü xarici bankdır. O, bu bankların bəzilərinin vaxtı keçmiş kreditlərinin həcminin çox olduğunu, bəzilərinin də idarəetmə problemlərinin olduğunu deyib:

""Azər-Türk Bank” dövlət bankıdır və onun əvvəlki sahibləri türk vətəndaşları idi. Bu gün Azərbaycan dövlətinə iki bank mənsubdur - "Beynəlxalq Bank” və "Azər-Türk Bank". "Yapı Kredi Bank Azərbaycan", "İran Milli Bank”ı və "Pakistan Milli Bank”ı xarici banklardır. Qeyd edim ki, həm "İran Milli Bank”ı, həm də "Pakistan Milli Bank”ı çox kiçik banklardır, onların bazarda böyük fəallığı yoxdur. Xüsusən də hazırda bank sistemində olan böhran səbəbindən bu bankların gəlirinin azalması gözlənilən idi. "Yapı Kredi Bank Azərbaycan"ın problemli kreditlərinin həcmi çoxdur. Bu bankın idarəetməsində, hüquqi təminatında problemlər var. Ümumiyyətlə, Azərbaycanda dövlət bankları normal fəaliyyət göstərə bilmirlər. Bu, həm "Beynəlxalq Banka”, həm də "Azər-Türk Bank"a aiddir. Bu bankların idarəetməsi məmurcasına həyat keçirilir. Məmurlar da onlara idarəetməyə verilmiş müəssisələri "dövlət malı dənizdir” məsəlində olduğu kimi idarə edirlər.

Sadəcə, bir neçə il əvvəl dövlət "Beynəlxalq Bank”a yardım etdi, "Azər-Türk Bank"a isə etmədi. Buna görə də "Azər-Türk Bank"ın vəziyyəti belə gözə çarpır. Böyük ehtimalla "AFB Bank"ın da gəlirlərinin azalması problemli kreditlərin həcminin çox olması ilə bağlıdır. "Atabank"ın isə ciddi idarəetmə problemləri var. Bu gün "Atabank” faktiki olaraq ölüm-dirim mübarizəsi verir. Bu bankın qalıb-qalmayacağı böyük sual altındadır”.

Sadalanan bankların bağlanma ehtimalın gəlincə, Əkrəm Həsənov qeyd edib ki, "Azər-Türk Bank"ın və "Yapı Kredi Bank Azərbaycan"ın bağlanma ehtimalı yoxdur: "Hər bir halda "Azər-Türk Bank"ın arxasında dövlət var.

Daha sonra dia.az onu da qeyd edib ki, "Yapı Kredi Bank”nın da arxasında Türkiyədəki iri bank dayanır. Amma digər dörd bankda bu ehtimalı istisna etmək olmaz. Məlumdur ki, İran bank sistemi "SWIFT” sistemindən kənarlaşdırılıb və bu banklar xarici bank əməliyyatlarını aparmaqda çətinlik çəkirlər. Amma qeyd edim ki, ABŞ Prezidenti Barak Obamanın hakimiyyəti illərində "altılıq" ölkələrinin nüməyəndələri və İran arasında nüvə proqramı üzrə bağlanmış sazişdən əvvəl də İrana qarşı sanksiyalar vardı. O zamanda da İran bankları "SWIFT” sistemindən təcrid edilmişdi. Amma həmin dövrdə də "İran Milli Bank”ı Azərbaycanda fəaliyyət göstərirdi. Ümumiyyətlə, İran sanksiyalara və məhdudiyyətlərə böyük dözüm göstərən bir dövlətdir və öhdəsindən gəlir. Bu da onunla bağlıdır ki, İranın minilliklərlə davam edən dövlətçilik ənənələri var. Buna görə də heç bir sanksiya onların öhdəsindən hələ ki, gəlmir”.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR