18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Yapı Kredi Bank”dan şikayət var
Emtv.az xəbər verir ki, şikayətdə bildirilir ki, bankın Nərimanov filialındakı 4 kassadan gün ərzində ancaq biri vətəndaşlara xidmət edir. Bankda isə onlarla vətəndaş məcbur olub növbədə dayanır, saatlarla vaxtını itirir, insanlarda əsəbilik, gərginlik yaranır. Bütün bunlar filial rəhbərliyini qəti narahat etmir. Digər 3 kassada çalışan bank əməkdaşları isə heç nə olmamış kimi arada özləri üçün gəzişirlər, biri əlində energetik içki sanki növbədə dayananlara acıq verir, digəri iş yoldaşı ilə söhbət edir, o biri isə növbədənkənar “tapşırılan” əməkdaşları növbəsiz yola salır.
Yerdə qalır cəmi bir işçi. O isə növbə ilə onlarla vətəndaşa xidmət edir. Beləcə 5 dəqiqəlik iş saatlarla vaxt aparır.
Növbə gözləyən vətəndaşlardan bir neçəsi öz iradlarını bildirsələr də baş verənlər bank əməkdaşlarının heç vecinə də olmadı.
Hadisə yerində olan və bu gərginliyi müşahidə edən əməkdaşımız bank əməkdaşlarının nə dərəcə qeyri- peşəkar olduğu qənaətinə gəlib.
Əməkdaşımız bildirir ki, baş verənlərlə bağlı müştərilər rəhbərliyə şikayət etmək istəsələr də filial müdiri iş vaxtı yerində tapılmayıb. Və vətəndaşlar saatlarla gözləmək məcburiyyətində qalıblar.
Bəli, “Yapı Kredi Bank Azərbaycan” öz müştərilərinə belə xidmət göstərir. Əgər buna xidmət demək olarsa…
Biz legion olaraq məsələ ilə bağlı “Yapı Kredi Bank Azərbaycan” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Heydər İsmayılovla əlaqə saxlasaq da zənglərimizə cavab vermədi.
Emtv.az