18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda hansı türk bankı lirədən imtina edib? – Cavab hamını təəccübləndirəcək
Bir neçə gündür ki, Türkiyədə lirə dollara nisbətən kəskin ucuzlaşıb.
Emtv.az xəbər verir ki, türk lirəsinin dollara nisbətən kəskin ucuzlaşmasından sonra Azərbaycan banklarının lirə alışını dayandırdığı ilə bağlı xəbərlər yayıldı. Məsələni araşdırmaq üçün banklara yollandıq. “Kapitalbank”, BTB bank, “Beynəlxalq bank”, “Günay Bank” və digərlərində lirə qəbulunun olub-olmadığını soruşduq. Müraciət etdiyimiz banklar lirəni qəbul etdiklərini bildirdilər və 1 lirəni 0.24 manat aldıqlarını qeyd etdilər.
Maraqlısı ondadır ki, Azərbaycan banklarından fərqli olaraq Türkiyənin Azərbaycandakı banklarından “Yapı Kredi Azərbaycan”ın Bakıdakı filialları Türkiyə lirəsinin alışını həyata keçirmir. Bankın filiallarında lirənin alışının dayandırılmasının səbəbini soruşduqda isə bildirdilər ki, bu barədə məlumatları yoxdur, sadəcə olaraq lirə alıb-satmırlar.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan QSC Unicredit (İtaliya) və Yapı və Kredi Bankası A.Ş (Türkiyə) banklarının törəmə bankıdır. Bu barədə bankın rəsmi saytında bildirilir. O da qeyd olunur ki, 2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olub. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.
Yapı Kredinin belə bir addım atması həqiqətən anlaşılmazdır. Azərbaycan banklarının Türkiyə lirəsini qəbul etdiyi halda, rəhbərliyində Türkiyə vətəndaşlarının üstünlük təşkil edən bankın öz lirəsinə sahib çıxmaması çox qəribədir.
Yəqin ki, bankın bu barədə ciddi bir izahı vardır.yenicag.az
Sevinc Əlimova,
Emtv.az