SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda turizm sahəsində yüksəkixtisaslı kadr hazırlığı diqqət mərkəzindədir

1-05-2019, 15:55 | Oxunub: 12 713 |

Naxçıvanda turizm sahəsində yüksəkixtisaslı kadr hazırlığı diqqət mərkəzindədir

Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək, muxtar respublikada bütün sahələrdə olduğu kimi, turizmin inkişafı sahəsində də mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Vurğulanıb ki, muxtar respublikada son illərdə turizmin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü turizm infrastrukturunun, maddi-texniki bazanın yaradılması yüksəkixtisaslı kadr hazırlığına qarşı ciddi tələblər qoyur.

Sonra departamentin əməkdaşı, ekspert qrupunun rəhbəri Orxan Cəfərov “Turizm sahəsində startapların hazırlanması” mövzusunda çıxış edərək bildirib ki, “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində ekspert qrupu yaradılıb. Ekspert qrupu tələbələrin layihələrini potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik, yenilikçilik və dayanıqlılıq meyarları üzrə qiymətləndirəcək.

Vurğulanıb ki, layihələr həm qlobal, həm də yerli şəraitdə istifadə edilə biləcək sahələrə həsr olunmalıdır. Bu layihələr otelçilik, turoperatorluq, turagentlik, turizmin növlərinin inkişafı və turist marşrutlarının hazırlanması kimi sahələri əhatə edə bilər.

Sonda tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR