SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Turizm İnformasiya Mərkəzində keçirilən sərgidə 50-yə yaxın əl işi nümayiş etdirilib

20-04-2018, 10:11 | Oxunub: 10 696 |

Naxçıvan Turizm İnformasiya Mərkəzində keçirilən sərgidə 50-yə yaxın əl işi nümayiş etdirilib
Naxçıvan Turizm İnformasiya Mərkəzində “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən əl işlərindən ibarət sərgi təşkil olunub. 50-dək əl işinin nümayiş etdirildiyi sərgi 2 gün davam edib.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, sərginin açılışında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva çıxış edərək bu il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı bir sıra tədbirlər keçirildiyini, sərginin də həmin əlamətdar hadisəyə həsr olunduğunu bildirib.

Gülbuta Babayeva vurğulayıb ki, qədim tarixə malik zəngin Naxçıvan mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ olunması və tanıdılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2009-cu il aprelin 9-da “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında” Sərəncam imzalayıb və həmin mərkəz Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyətə başlayıb.

“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə çıxışında bildirib ki, mərkəz unudulmaqda olan mətbəx nümunələrimizi toplayır, sistemləşdirir və təbliğ edir. Qədim mətbəx əşyaları və onların istifadə qaydaları öyrənilir və milli mətbəx ilə bağlı adətlərimiz gənc nəslə aşılanır, bununla bağlı folklor nümunələri toplanılır, müxtəlif müsabiqələr, festivallar keçirilir. Belə tədbirlər ardıcıl olaraq gələcəkdə də davam etdiriləcək.


Tədbirin bədii hissəsindən sonra əl işlərindən ibarət sərgiyə baxış olub. Milli mətbəx nümunələri ilə yanaşı, nümayiş etdirilən əl işləri, xüsusilə vitraj üsulu ilə, eləcə də muncuq, kağız, parça, ağac məmulatlarından hazırlanmış nümunələr maraq doğurub. Sərgidə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olmasını əks etdirən əl işləri diqqəti daha çox cəlb edib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR