Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində kollegiya iclası keçirilib
2-08-2017, 11:34 | Oxunub: 10 014 |
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar RespublikasıMədəniyyət və Turizm Nazirliyində 2017-ci ilin 6 ayının yekunları ilə bağlı keçirilən kollegiya iclasında nazir Natəvan Qədimova hesabat məruzəsi ilə çıxış edib.Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məruzəsində Mədəniyyət və Turizm Nazirliyinin qarşısında da mühüm vəzifələr qoyulub.Nazir cari ilin 6 ayı ərzində görülən işlər barədə danışarkən qeyd edib ki, muxtar respublikanın mədəni-maarif ocaqlarındakütləvi tədbirlərin forma və metodlarına diqqət yetirilərək müxtəlif konfranslar, kitab müzakirələri və təqdimatları, oxucu konfransları, ədəbi-bədii gecələr, açıq dərslər, ustad dərsləri keçirilib və sərgilər təşkil edilib. Həmçinin əhalinin asudə vaxtının səmərəli və mənalı təşkili məqsədilə tamaşalar, filmlər göstərilib, konsertlər təşkil edilib, festival və müsabiqələrin keçirilməsi də diqqətdə saxlanılıb. Bu tədbirlərin sayı 1000-dən çox olub.Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələri ilə muzeylər arasında 2016-2017-ci tədris ilində təşkil ediləcək distant dərslərin Qrafiki”nə əsasən keçirilən 10 distant dərsə internet vasitəsilə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulub.Muxtar respublikanın turizm potensialının öyrənilməsi və təbliği diqqət mərkəzində saxlanılıb. 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş tapşırıqların icrası məqsədilə aid təşkilatlarla birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə bağlı, “Naxçıvan-2018. İslam Mədəniyyətinin paytaxtı” saytının, “Möminə Xatın Türbəsi” və “Nuh peyğəmbərin məzarüstü türbəsi” bukletlərinin, “Gəmiqaya” albom-kataloqunun hazırlanması istiqamətində iş davam etdirilib, “İslam Mədəniyyəti Abidələri” kataloqunun hazırlanması üçün materiallar toplanılıb.İclasda Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kirabxanasının direktoru Aytəkin Qəhrəmanova, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyev, mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin direktoru Səyyar Məmmədov, Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə Cəfərova, Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva çıxış ediblər.Emtv.az
OXŞAR XƏBƏRLƏR