SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Vitse-spiker Ermənistanın himnini və bayrağını dəyişdirmək istəyir

4-02-2019, 15:57 | Oxunub: 11 704 |

Vitse-spiker Ermənistanın himnini və bayrağını dəyişdirmək istəyir

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan Ermənistan bayrağına dəyişiklik edilməsi təklifini irəli sürüb.

O, ölkə bayrağının üzərinə xaç şəkli yerləşdirilməsini təklif edib.

Ermənistan mətbuatında yayılan məlumata görə, A.Simonyan bu barədə öz “Facebook” səhifəsində yazıb və yazının sonunda smayllar qoyub. Lakin bu təklif narazılıqlara səbəb olduqdan sonra o, öz yazısını dəyişdirərək əlavə olaraq yazıb:“Bəzən başlıqdan əlavə yazının məzmununu da oxumaq lazımdır”.

Xatırladaq ki, bundan əvvəl vitse-spiker ölkə himninin dəyişdirilməsini və Sovet dövründəki Aram Xaçaturyanın bəstələdiyi himnin qaytarılması təklifi ilə çıxış edib.

Lakin birinci təklif etiraz dalğasına səbəb olsa da, ikinci təklif təzadlı fikirlərə səbəb olub.

Bu təklifin tərəfdaşları əsaslandıraraq bildiriblər ki, Ermənistan xristianlığı dövlət dini kimi qəbul edən ilk dövlətdir.

Təklifə qarşı çıxanlar isə iddia edirlər ki, indiki bayraq Ermənistan respublikasının tarixində böyük anlama malikdir və Birinci Dünya Müharibəsindən başlayaraq qələbələrin ayrılmaz rəmzidir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR