18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“İraqdakı azərbaycanlıların qaytarılması asan iş deyil” – Vitse-spiker
İraqda olan azərbaycanlı uşaqların ölkəyə qaytarılması o qədər də asan iş deyil.
Emtv.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bununla bağlı müxtəlif məlumatlar gəlir: “Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bir neçə dəfə öz yaxın qohumlarının uşaqları İraqda olan insanları qəbul edərkən konkret faktlarla bağlı məlumatlar almışıq. Komitəyə edilən çoxsaylı müraciətləri müvafiq orqanlara ünvanlamışıq. Aldığımız cavablardan da bəllidir ki, bu iş davam etdirilir, hökumətlərarası münasibətlərlə tənzimlənir”.
Vitse-spiker qeyd edib ki, bu məsələ o qədər asan və rahat iş deyil: “Azərbaycan dövləti öz vətəndaşlarının nəzarətdən kənar zonalarda bu şəkildə əzab-əziyyətə düçar olması ilə barışa bilməz. Ölkəmiz öz imkanları çərçivəsində nəticəyə hesablanan fəaliyyət aparır və arzu edək ki, bu fəaliyyət səmərəsini versin”.
İsmayil İsmayilov
Emtv.az