17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NİZAMNAMƏYƏ EDİLƏN DƏYİŞİKLİK QƏBUL OLUNMADI
Milli Məclisin Daxili Nizamnamnaməsinə nəzərdə tutulan dəyişikliklər qəbul edilməyəcək.
Qeyd edək ki, həmin dəyişikliklərdə parlamentin komitə sədrlərinə də vitse-spikerlər kimi növbədənkənar çıxış verilməsi ehtiva olunurdu.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin ötən gün keçirilən iclasında bu məsələ müzakirəyə çıxarılmışdı.
Qeyd edək ki, hazırkı nizamnaməyə əsasən, Azərbaycan prezidenti, Milli Məclisin sədri və onun müavinləri parlamentin iclaslarında növbədənkənar çıxış etmək hüququna malikdirlər.
"EMTV.az" xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı yeni məlumatlar əldə edib. Məlumata görə, Milli Məclisin Daxili Nizamnaməsində nəzərdə tutulan dəyişikliklərlə bağlı sənəd geri qaytarılıb.
Sənədin geri qaytarılması Milli Məclisin plenar iclaslarında deputatların çıxışına vaxt qalmayacağı ilə əlaqələndirilib.
Xatırladaq ki, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da bu sənədə etiraz edib. O deyib ki, bu, deputatların üç dəqiqəlik çıxışını əngəlləmək üçün düşünülüb.