18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MM-də deputatlar Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndiriblər
Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasına münasibət bildiriblər.
Emtv.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, M. Əliyevanın birinci vitse-prezident seçilməsini cəmiyyətin sosial sifarişidir.
O qeyd edib ki, bu təyinat eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının təcəssümüdür. S. Novruzov onu da bildirib ki, bu təyinat YAP üçün ikiqat sevinclidir: “Çünki 2013-cü ildə Mehriban Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi YAP-ın fəaliyyətinə yeni impuls verib”.
Vitse-spiker Bahar Muradova isə deyib ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycan xalqının rifahına xidmət edir: “Biz da daim onun yanındayıq”.
Deputatlar Azay Quliyev, Rauf Əliyev, Sahibə Qafarova və digərləri Mehriban Əliyevanı təbrik edərək, təyinatı təqdir ediblər.
Emtv.az