17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Birinci vitse-prezident Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərin həllinə yönəldəcəyini bildirib
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva fəaliyyətini sosial məsələlərinin həllinə yönəldəcəyini bildirib.
Emtv.az-ın məlumatına görə, bu barədə Mehriban Əliyeva Rusiyanın “Vesti nedeli” verilişinə müsahibəsində deyib.
“Mən işimi sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindəyəm. Mərhəmətsizlik və laqeydlik qorxulu anlayışlardı. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir”, deyə M.Əliyeva bildirib.
O, həmçinin, vurğulayıb ki, dövlət başçısının həyat yoldaşı olmaqla yanaşı, həm də silahdaşıdır: “Məni vitse-prezident vəzifəsinə təyin etmək şəxsən Azərbaycan prezidentinin təşəbbüsüdür. Çox güman ki, uzun illər onun yalnız həyat yoldaşı deyil, silahdaşı olmağım da öz rolunu oynayıb. Biz bu təyinat barədə çox götür-qoy etdik, diskussiyalar apardıq. Əsas məsələ üzərimə götürəcəyim məsuliyyətlə bağlı idi. Lakin həyat yoldaşımın simasında mənə daim dəstək göstərməyə hazır olan şəxs görürəm. Əminəm ki, hər hansı şübhələrin yer aldığı halda o mənə düzgün yol göstərəcək”.
Emtv.az