SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışını edib - FOTO

2-03-2017, 12:58 | Oxunub: 10 363 |

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışını edib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 1-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində 226 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, yeni inşa edilən 226 saylı körpələr evi-uşaq bağçası öz balaca sakinlərini qəbul etməyə hazırdır.

Birinci vitse-prezident körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verdi ki, körpələr evi-uşaq bağçası Pirşağı qəsəbəsi 112 saylı orta məktəbin binasında 2 qrupla fəaliyyətə başlayıb. Bu məktəbin binası qəzalı vəziyyətdə olduğundan 2011-ci ilin aprel ayında söküldükdən sonra uşaq bağçası Pirşağı qəsəbə nümayəndəliyinin birmərtəbəli binasında 2 otaqda yerləşdirilib. Uşaq bağçası 35 yerlik 2 qrupdan ibarət idi. Prezident İlham Əliyevin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planının icrası ilə əlaqədar Pirşağı qəsəbə nümayəndəliyi üçün başqa yer ayrıldıqdan sonra 2013-cü ilin iyun ayında qeyd edilən ünvanda yerləşən birmərtəbəli köhnə bina sökülərək yerində uşaq bağçası üçün yeni binanın inşasına başlanıldı.

İndi 110 yerlik bu müəssisədə 2-6 yaş arasında uşaqlar tərbiyə olunurlar. Üçmərtəbəli körpələr evi-uşaq bağçasında azyaşlı sakinlərin rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək, həmçinin onlarda olan bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli lazımi şərait yaradılıb. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, musiqi zalları, yeməkxana var.

Körpələr evi-uşaq bağçası ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzuladı.

Emtv.az

Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışını edib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışını edib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışını edib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Pirşağıda körpələr evi-uşaq bağçasının açılışını edib - FOTO

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR