18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qazaxdakı körpələr evi-uşaq bağçasının yeni binasının tikintisi mart ayında başa çatacaq
Qazax şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının yeni binasının tikinti işləri sürətlə aparılır.
Rayon icra hakimiyyətindən mətbuata bildiriblər ki, binanın özül işləri artıq başa çatdırılıb. Zirzəminin inşası üçün karkasların bağlanması və betontökmə işləri aparılıb. Eyni zamanda, birinci mərtəbənin hörgü işləri də tamamlanıb. Yaxın zamanda ikinci mərtəbənin hörgüsünə start veriləcək.
Yeni tikilən 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının inşasının 2017-ci ilin mart ayında başa çatdırılması nəzərdə tutulub.
Yeni bina 2 korpusdan ibarət olacaq. Burada hər birinin həcmi 100 kubmetr olan 2 ədəd su anbarı, nasosxana və qazanxana, yataq otaqları, qrup oyun zalları, qəbul otağı, texniki otaq, bufet, sanitar qovşaq, mətbəx və tibb kabineti də tikiləcəkdir.
Bundan əlavə, foye, direktor, müavin, kompüter və dəftərxana otaqlarının da tikintisi nəzərdə tutulub.
Emtv.az