SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Türkiyə kəşfiyyatının Lazkiyə əməliyyatı və Ankaranın İdlib mesajı

13-09-2018, 09:12 | Oxunub: 6 903 |

Türkiyə kəşfiyyatının Lazkiyə əməliyyatı və Ankaranın İdlib mesajı

Türkiyə MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində Reyhanlıda terror aktı həyata keçirərək 53 nəfərin ölümünə səbəb olan terrorçu Yusuf Nazikin Suriyanın Lazkiyə bölgəsində yaxlayaraq ölkəyə gətirilməsi Ankaranın Əsəd rejiminə ciddi mesajı kimi dəyərləndirilir.

Emtv.az xəbər verir ki, Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya üzrə koordinatoru Oytun Orxan MİT-in son dövrlərdə xarici ölkələrdə həyata keçirdiyi uğurlu əməliyyatları qiymətləndirib.

O deyib ki, 2013-cü ildə Cilvegöz sərhəd keçid məntəqəsində 18 nəfərin həyatına son qoyulan terror aktını həyata keçirən cinayətkarların da ələ keçirilməsi üçün Lazkiyə ətrafında əməliyyat keçirilmişdi: “Lakin o zaman bölgədəki Əsəd rejiminə qarşı olan müxalifətdən dəstək alınmışdı. İndi isə Türkiyə hər hansı dəstək almadan əməliyyat həyata keçirərək terrorçunu yaxalayaraq ölkəyə gətirib”.

O.Orxan hesab edir ki, MİT-in bu əməliyyatını İdlib prosesləri fonunda dəyərləndirmək lazımdır:

“Əsəd rejimin güclü olduğu və qalası hesab edildiyi Lazkiyədən terrorçunun yaxlanaraq gətirilməsi onu göstərir ki, Türkiyənin bölgədə marağı var və bundan geri çəkilmək niyyəti də yoxdur. Bu eyni zamanda Türkiyənin İdlib məsələsində Əsəd rejiminə və Rusiyaya ciddi mesajıdır”.

SETA-nın xarici siyasət tədqiqatçısı Can Açun isə Lazkiyə kimi yaxşı qorunan bir bölgədən terrorçu Yusuf Nazikin gətirilməsini Türkiyə kəşfiyyatının uğuru kimi təqdim edib.

“Əsəd rejimi Lazkiyədə müxtəlif terror düşərgələri formalaşdırmaqla, həmin terrorçulardan Türkiyənin həssas bölgələri olan Hatay və Reyhanlıya hücumlar təşkil etmək üçün istifadə edirdi. Yaxalanan adamın etirafları və Suriya kəşfiyyatı ilə əlaqəli olması bunu bir daha sübut etdi. Bu bir daha göstərir ki, Türkiyəni Suriya probleminin həllindən uzaqlaşdrmaq üçün ciddi səylər var. Lazkiyədə PKK-nın kiçik dəstələri mövcuddur. Bunlardan istifadə etməklə Türkiyənin İdlibdən geri addım atmasına çalışırlar. Bu baxımdan da MİT-in Lazkiyədə keçirdiyi əməliyyat Türkiyənin İdlib məsələsində geri addım atmayacağına bir mesajdır”- Can Acun belə deyib.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR