18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Türkiyənin Suriya planı açıqlandı – Sərhəd həmləsi
Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın ölkənin şimal-qərbindəki İdlib və Hama rayonlarına havadan və qurudan silahlı hücumları davam edir.
Emtv.az xəbər verir ki, dünən Rusiya və Əsəd rejiminə məxsus döyüş təyyarələri və vertolyotları səhər saatlarından etibarən İdlibin cənubundakı Habit, Carcanaz, Hiş, Təmənia və Hamanın Latamnə bölgələrini bombalayıb.
Nəticədə 17 nəfər mülki sakin yaralanıb.
Yaralılar arasında Carcanaz və Hiş kəndində vurulan 4 məktəbdəki 6 uşaq da var. Hava hücumları ilə yanaşı, Əsəd rejimi hərbçiləri müxalifətin olduğu bölgələri də atəşə tutublar. Əsəd rejiminin “Fərat qalxanı” hərəkatıyla təmizlənən bölgələrinə əsgərləri toplaması da diqqət çəkib. Təyyarə və vertolyotlar ilə hədəfə alınan bölgələr eyni zamanda raket və tanklarla da vurulur.
Mülki müdafiə mənbələrinin məlumatına görə, bu ayın əvvəllindən etibarən İdlibin qərbi, cənub-qərbi və Hamaya edilən hava və qurudan hücumların nəticəsində 29 nəfər mülki sakin olub. Hücum zamanı 71 nəfərə yaxın insan yaralanıb. İdlibdəki hərbi müxaliflər də Əsəd rejiminə məxsus döyüş təyyarələrinin bölgədəki hava hücumlarına cavab olaraq raket hücumu həyata keçirilir.
Əsəd rejimi və Rusiyanın döyüş təyyarələrinin hədəfində 4 qəsəbə var. Bu qəsəbələrin əhalisi təxminən 1 milyon nəfərdir. Türkiyə sərhədinə yaxın bölgələrdə qaçqınların yerləşdirilməsi üçün 300-500 min nəfərlik çadırlar qurulmağa başlanılıb.
Suriyanın İdlib şəhərində ola biləcək hərbi əməliyyatlardan sonra yaşanması gözlənilən qaçqın köçünün qarşısını almaq üçün Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə digər kəşfiyyat və təhlükəsizli qüvvələri ölkə sərhədinə yaxın Suriya ərazisində sədd quracaq.
Qeyd edək ki, BMT təmsilçisi David Svanson İdlibdəki son hücumlarda 30 mindən artıq insanən yerlərindən didərgin düşdüyünü açıqlayıb.
Seymur Rəhimov
Emtv.az