18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əsəd ordusu İdlibi bombaladı – 17 dinc sakin öldü
Bəşər Əsəd ordusu Suriyanın İdlibi növbəti dəfə bombardman edib.
Hücum nəticəsində 17 nəfər həlak olub. Onların hamısının dinc sakinlər olduğu bildirilir.
Hava zərbələri Bəşər Əsədə bağlı hərbi hava qüvvələri tərəfindən Binneş, Teftenaz və Arix yaşayış məntəqələrinə endirilib. Hava zərbələrinə həmçinin Ram Həmdan və Binneş kəndləri də məruz qalıb.
İdlibin mülki müdafiə qüvvələrinin nümayəndələri Teftenazda uşaq xəstəxanasına zərbələrin endirilməsini təsdiqləyiblər. Bombardman nəticəsində 3-ü uşaq olmaqla, 5 nəfər həlak olub. Bu yaşayış məntəqəsində iyunun 10-da ümumilikdə 13 nəfər həlak olub. Arixdə 2 nəfər, Binneş və Ram Həmdanda isə 1 nəfər həlak olub.
Bombardman nəticəsində yaralananlar da var. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Emtv.az