17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı diqqət mərkəzindədir
Naxçıvan Muxtar Respublikasında son illər meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarma şəbəkələrinin genişləndirilməsi, su sistemlərində təmir-bərpa işlərinin görülməsi, içməli su təminatının yaxşılaşdırılması sahəsində kompleks tədbirlər görülüb.
Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu ilin 9 ayı ərzində komitənin tabe təşkilatları tərəfindən 194 kilometr beton və torpaq kanal, 353 kilometr ara arxlar, 33 kilometr kollektor lildən təmizlənib, 5 kilometr yeni açıq drenaj kanalı qazılıb, 2 kilometr yeni qapalı drenaj xətti, 53 kilometr suvarma boru xətti və 6 kilometr yeni içməli su xətti çəkilib.
Naxçıvan Muxtar Respublikası ərazisində suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, su itkisinin qarşısının alınması üçün Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 400 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilərək, 4050 metr əsas və 36 kilometr paylayıcı boru xətləri çəkilib. Şəbəkə üzərində 2 tənzimləyici siyirtmə, müxtəlif diametrli 67 paylayıcı siyirtmə, 368 supaylayıcı hovuz, 368 hidrant quraşdırılıb.
Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Şərur rayonunun Arpaçay selovunda 6 kilometr, Babək rayonunun Naxçıvançay vadisində 7, Cəhriçay vadisində 7, Qahab selovunda isə 3 kilometr selə qarşı istiqamətləndirici bənd tikilib. Babək rayonunun Payız kəndində yenidənqurma işləri ilə əlaqədar olaraq kəndin içərisindən keçən Cəhri çayının hər iki sahilində selə qarşı 1500 metr bənd çəkilib.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Şərur rayonunda tutumu 7 min 500 kubmetr olan 1 və hər birinin tutumu 10 min kubmetr olan 2 su anbarı izolyasiya olunub, ətrafı doldurulub və siyirtmə quyuları tikilib. Layihə çərçivəsində Şərur rayonunda, ümumilikdə, 58 kilometr su xətti çəkilib, 1539 ev birləşməsi aparılıb. Şahbuz rayonunda Şahbuz şəhər çirkab sutəmizləyici qurğusunun ətrafında 220 metr istinad divarı tikilib, hovuz ətrafında 180 metr drenaj xətti çəkilib. Ordubad rayonunda isə 18 subartezian quyusu qazılıb.
Emtv.az