SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Duzdağda müalicə alan acarıstanlı uşaqlar yüksək qayğı ilə əhatə olunublar

6-10-2017, 18:59 | Oxunub: 8 222 |

Duzdağda müalicə alan acarıstanlı uşaqlar yüksək qayğı ilə əhatə olunublar

Naxçıvan şəhərindəki “Duzdağ” otelində Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan acarıstanlı uşaqlarla görüş keçirilib.

Emtv.az xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov qonaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından salamlayıb. O, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin inkişaf etdiyini, bu çərçivədə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın nəticəsi olaraq acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunduğunu bildirib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasındakı turizm-sağlamlıq obyektlərinin xidmətlərindən istifadə edən dost ölkələrin vətəndaşlarının, xüsusən uşaqların sağlamlığının bərpa olunması çox sevindiricidir. Ötən illərdəki kimi, bu il sentyabrın 28-dən Duzdağ Fizioterapiya Mərkəzində müalicə edilən acarıstanlı uşaqlar bu dəfə də yüksək qayğı ilə əhatə olunublar. 26 nəfərlik qrupla gəlmiş qonaqlar “Duzdağ” otelində qalıb, Duzdağ şaxtalarının şəfaverici havası ilə təbii şəraitdə müalicə alıblar. Onların asudə vaxtlarının səmərəli keçirilməsi təmin edilib.

Uşaqlar üçün təşkil olunmuş çay süfrəsi arxasında qrupun rəhbəri, ixtisasca həkim olan Marika Xalvaşi həmişə olduğu kimi, bu dəfə də onlara göstərilən yüksək diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. O, burada onlara göstərilən bütün xidmətlərdən çox razı qaldıqlarını diqqətə çatdırıb, Naxçıvandakı qonaqpərvərliyə heyranlıqlarını ifadə edib.

Valideynlərdən Nani Jordaniya isə nəvəsinin səhhətinin bu müalicə nəticəsində xeyli yaxşılaşdığını deyib, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra acarıstanlı uşaqlara hədiyyələr təqdim edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR