SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şərur və Ordubad rayonlarında defektoloji bölmənin filialları yaradılıb

15-09-2017, 12:56 | Oxunub: 10 826 |

Şərur və Ordubad rayonlarında defektoloji  bölmənin filialları yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Şərur və Ordubad rayonlarında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Defektoloji bölmənin yeni filialları yaradılıb.

Emtv.az xəbər verir ki, Bilik günü ərəfəsində yaradılan yeni filialların təqdimatı ilə əlaqədar keçirilən tədbirlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dövlət qayğısından danışıb. Filialların yaradılmasının dövlət qayğısının əyani ifadəsi olduğunu qeyd edən nazir deyib ki, məşğələlərə cəlb olunan uşaqlar haqqında filialda, eləcə də regional informasiya mərkəzində məlumat bazası yaradılıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verib.

Valideynlər yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Filiallar elektron lövhə və digər lazımi tədris vəsaitləri ilə təmin edilib. Burada müvafiq kateqoriyadan olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün məşğələlər keçiriləcək.

Qeyd edək ki, 2010-cu ildən fəaliyyətə başlayan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi sağlamlıq imkanları məhdud şəxslərin tədrisi və reabilitasiyası məqsədilə müxtəlif sosial xidmətlər göstərir. 2013-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Defektoloji bölmə yaradılıb. Defektoloji bölmənin təşkilində əsas məqsəd muxtar respublikada yaşayan, zehni və nitq inkişafının ləngiməsi olan uşaqların reabilitasiyası üçün lazımi şəraitin yaradılmasıdır. Bölmənin təlim otağı elektron lövhə və digər tədris ləvazimatları ilə təmin edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR