SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan: ötən tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

9-09-2017, 16:39 | Oxunub: 13 973 |

Naxçıvan: ötən tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Naxçıvan şəhərində muxtar respublikanın təhsil işçilərinin 2016-2017-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı sentyabr konfransı olub.

Emtv.az xəbər verir ki, konfransda muxtar respublikanın təhsil naziri Məmməd Qəribov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Naxçıvanda təhsilə göstərilən dövlət qayğısı davamlı xarakter alıb. Bunun nəticəsidir ki, 1996-cı ildən ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Məktəb tikintisi cari ildə də davam etdirilir. Belə ki, birinci yarımildə 2716 şagird yerlik beş tam orta məktəb binası tikilərək istifadəyə verilib. Bu gün ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhədən və 4242 dəst kompüterdən istifadə olunur. Kompüterlərin 3336-sı internet şəbəkəsinə qoşulub.

Bildirilib ki, muxtar respublikada ümumtəhsil məktəblərinin kitabxana şəbəkələrinin genişləndirilməsi və maddi-texniki bazasının gücləndirilməsi, şagirdlərin dərsliklərlə təminatı da diqqət mərkəzində saxlanılıb. Bu ilin avqust ayında ümumtəhsil məktəblərinə 133 min 729 nüsxə dərslik, 6 min 271 nüsxə tədris vəsaiti, latın qrafikası ilə çap olunmuş 627 min 643 nüsxə bədii ədəbiyyat, jurnal və məcmuə verilib.

“Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilib. Sərəncama uyğun olaraq bütün təhsil müəssisələrində həmin kitablardan ibarət sərgilərin hazırlanması və təhsil işçiləri, eyni zamanda, tələbə, şagird və müdavimlər tərəfindən bu kitabların mütaliə və müzakirəsi təşkil ediləcək”, - deyə Məmməd Qəribov bildirib. Nazir vurğulayıb ki, muxtar respublikada bütün qəbildən olan uşaqların təhsili diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərinə sağlamlıq imkanı məhdud 942 uşaq cəlb edilib. Onların 88-i birinci siniflərdə təhsil alıb. Sağlamlıq imkanları məhdud 86 uşaq məktəbdənkənar tərbiyə müəssisələrinə, 24 şagird isə hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən distant təhsilə cəlb olunub.

Məruzə ətrafında müzakirələrdə Babək və Ordubad rayonları təhsil şöbələrinin müdirləri Ovni Muradov və Samir Zeynalovun, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin direktoru Namiq Məmmədov və Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyevanın çıxışları dinlənilib.

Sonra konfransın qətnaməsi oxunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR