SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ötən beş ay ərzində Naxçıvanda ümumi daxili məhsulun həcmi 928 milyon manata yaxın olub - STATİSTİKA

21-06-2017, 14:42 | Oxunub: 7 274 |

Ötən beş ay ərzində Naxçıvanda ümumi daxili məhsulun həcmi 928 milyon manata yaxın olub - STATİSTİKA
Muxtar Respublikada əvvəlki dövrlərdə iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər 2017-ci ilin yanvar-may ayları ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.

Emtv.az xəbər verir ki, bu barədə mətbuata Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Aparat rəhbəri Əliheydər Qurbanlı məlumat verib.

"Muxtar respublikada iqtisadi və sosial sahələrin dinamik inkişafı 2017-ci ilin yanvar-may aylarında da qorunub saxlanılıb. Cari ilin ilk beş ayı ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 927 milyon 928 min 400 manat təşkil edib. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi isə bir il öncəyə nisbətən 4 faiz artaraq 2063 manata çatıb".

Əliheydər Qurbanlı onu da qeyd etdi ki, yanvar-may ayları ərzində sənaye üzrə 419 milyon 860 min manat həcmində məhsul istehsal edilib ki, bu da 2016-ci ilin müvafiq dövründəki göstəricini 1,1 faiz üstələyib.

İnfrastruktur quruculuğu çərçivəsində 2017-ci ilin yanvar-may ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 385 milyon 518 min manat həcmində investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,5 faiz çoxdur. Əsas kapitala yönəldilmiş investisiyaların 361 milyon 724 min manatı və ya 93,8 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Muxtar respublikada əhalinin müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması, sürətli internetlə ümumdünya elektron məkanına inteqrasiyası bu sahənin də dinamik inkişafıma təkan verib.
Kənd təsərrüfatı muxtar respublikanın iqtisadiyyatında əsas yerlərdən birini tutur. Bu sahə ilə bağlı statistik göstəricilər isə belədir.

"2017-ci ilin yanva-may aylarında muxtar respublikada 49 milyon 552 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 2,9 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə 8531,3 ton ət, 35090 ton süd istehsal edilmiş, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,7 faiz artmışdır. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq 246 növü qeyri ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri ərzaq olmaqla, 344 növdə məhsula olan təlabatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir. Ötən müddət ərzində təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları da davamlı olaraq yaxşılaşdırılmışdır. 2017-cı ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 9 milyon 271 min 600 manat həcmində kreditlər verilmişdir.Verilmiş kreditlərin 21,8 faizi qısamüddətli, 78,2 faizi uzunmüddətli kreditlər olub".

İqtisadi və sosial sahələrdə qazanılmış uğurlar əhalinin həyat səviyyəsini də əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Əhalinin gəlirlərinin artımına gəldikdə isə:

"Əhali gəlirləri 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 666 milyon 56 min 100 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,1 faiz artaraq 1480,8 manat təşkil edib".

İqtisadiyyatın şaxələndirilməsi və dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət şərait yaradıb.

"2017-ci ilin yanvar-may aylarında muxtar respublikada 135 milyon 176 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,2 faiz artaraq 126 milyon 986 min 500, idxalın həcmi 46,2 faiz azalaraq 8 milyon 190 min 300 ABŞ dolları təşkil etmiş, 118 milyon 796 min 200 ABŞ dolları həcmində müsbət saldo yaranıb".

Ötən müddətdə muxtar respublikamızın zəngin tarixi keçmişi, təbiəti turizmin inkişafı üçün yaradılan şərait də öz sözünü deyib.

"Həyata keçirilən tədbirlər MR-ya gələn turistlərin sayına da öz müsbət təsirini göstərmişdir. Cari ilin yanvar-may ayları ərzində muxtar respublikaya 153 min 305 nəfər turist gəlmişdir ki, bu da bir il öncəki göstəricidən 3,9 faiz çoxdur".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR