SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Şəmkir DSMF-də Azad Şərifovun “staj” əməliyyatı…

31-03-2017, 09:37 | Oxunub: 9 155 |

Şəmkir DSMF-də Azad Şərifovun “staj” əməliyyatı…
Azad Şərifov maraqlarını təmin etmək məqsədilə bütün vasitələrə əl atır…

Mətbuata daxil olmuş növbəti məlumatlarda Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin fəaliyyətində yer almış bir sıra ciddi nöqsanlardan, qanuna zidd əməllərdən bəhs olunur. Aldığımız məlumatlarda vurğulanır ki, məhz şöbənin müdiri Azad Şərifovun burada tətbiq etdiyi “xüsusi qaydalar” üzündən Şəmkir rayon sakinləri müavinat alarkən bir çox əngəllərlə qarşılaşırlar. Azad Şərifovun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Şəmkir sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: “Heç bir qanuni sənədə əsaslanmadan cərimə ödənişlərinin və sanksiyaların tətbiq olunması Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsində mütəmadi olaraq həyata keçirilir. Şöbənin müdiri Azad Şərifov isə, maraqlarını təmin etmək məqsədilə bütün vasitələrə əl atır. Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Halbuki, bu, Azad Şərifovu zərrə qədər də olsun maraqlandırmır. Bu şöbədə heç kim əlavə «staj» artırmaqla məşğul olmazdı. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Azad Şərifov tərəfindən irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir. Əminliklə deyə bilərik ki, əgər müvafiq dövlət orqanları tərəfindən Azad Şərifovun rəhbərlik etdiyi şöbənin fəaliyyəti yoxlanılarsa, o zaman bütün bu faktlar da öz təsdiqini tapar…”

Bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət islahatları həyata keçirilməkdədir. Xüsusən əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması daima diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu istiqamətdə həyata keçirilən islahatlar mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Bu da aydındır ki, həmin islahatların uğurla həyata keçməsi həm də DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Təəssüflər olsun ki, bu gün hələ də bəzi strukturlarda dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israrlı olan məmurlara kifayət qədər tez-tez rast gəlinir.

Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin fəaliyyətinə dair aldığımız məlumatlar da bu faktı bir daha təsdiqləmiş olur. Etiraf etmək lazımdır ki, müvafiq yoxlamalar aparılacağı təqdirdə DSMF-nin bir çox rayon şöbələrində bu kimi faktların mövcudluğu aşkar oluna bilər. Belə vəziyyət isə ölkənin sığorta-pensiya sisteminin effektivliyini ən azından mübahisəli edə bilər. Konkret DSMF-nin Şəmikr rayon şöbəsindən olan şikayətlərə gəlincə isə, hesab edirik ki, əlaqədar orqanlar yerli sakinlərin şikayətlərini nəzərə alaraq bu qurumun fəaliyyətini ən ciddi şəkildə təftiş etməli və yer almış neqativ halların aradan qaldırılması istiqamətində təcili tədbirlər görməlidirlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR