17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda 48 min 353 nəfərin əmək pensiyasına 12,4 faiz artım tətbiq olunacaq
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 21-də imzaladığı Sərəncama əsasən, əmək pensiyasının sığorta hissəsinin məbləği 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2017-ci ilin 1 yanvar tarixinə 12,4 faiz artırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən mətbuata bildirilib ki, həmin Sərəncamın icra edilməsi ilə əlaqədar muxtar respublika üzrə bütün növ əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədilə fondun şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilib. Pensiyaların sığorta hissəsinin məbləğinin 12,4 faiz artırılması prosesinə artıq başlanılıb.
Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, pensiyanın ümumi məbləğindən baza hissəsi çıxılaraq pensiyanın sığorta hissəsinə 12,4 faiz (2016-cı il üzrə istehlak qiymətləri indeksi) əlavə edilməklə həyata keçiriləcək. Fond tərəfindən hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kateqoriyasına aid olan əmək pensiyaçıları istisna olmaqla, 48 min 353 nəfər əmək pensiyaçısının pensiyasının sığorta hissəsinə 12,4 faiz artım tətbiq olunacaq.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı, fərdi uçot sistemində sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitalı məbləğlərinin də 12,4 faiz indeksləşdirilməsi aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən bütün növ əmək pensiyaları üzrə hesablanmış artımlar, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2017-ci ilin fevral ayının pensiya ödənişində, yanvar ayının artımları da daxil olmaqla əmək pensiyaçılarının plastik bankomat kartlarına köçürüləcək.
Emtv.az